SON XƏBƏRLƏR

Alnına “Qarabağ” yazan 3 “Traxtur” tərəfdarı saxlanılıb

2021.10.20, 07:36
Alnına “Qarabağ” yazan 3 “Traxtur” tərəfdarı saxlanılıb

Gunaz.tv

GünAz TV: Xəbər verdiyimiz kimi, martın 1-də Təbrizin səhənd stadionunda bu şəhərin “Traxtur” və İsfahanın “Sepahan” komandaları qarşılaşdı.

 

Oyun zamanı “Traxtur” komandaları tərəfindən çoxlu milli şüarlar səsləndirildi. Alnına “Qarabağ” yazan 3 soydaşımızın təhlükəsizlik qüvvələri tərəfindən saxlandığı bildirilir.

 

Məlumata görə, Ehsan İsmaildoxt, Mehdi Həmzeyi və Babək Siyami stadiona daxil olarkən saxlanılıb, onların Sulduz şəhəri sakinləri olduğu bildirilir.

 

Qeyd edək ki, bu görüşdə Azərbaycan Respublikası və Dağlıq Qarabağa dəstək verən çoxlu şüarlar səsləndirilib. Xocalı soyqırımının ildönümündə Ermənistan baş naziri Nikol Paşinyanın Tehrana səfəri və “Ararat” klubunda erməni icması ilə görüşü zamanı “Qarabağ Ermənistandır və Son” sözləri yazılmış plakatın qaldırılması güney azərbaycanlıların kəskin etirazına səbəb olub. Etirazlar sosial şəbəkələrdə də davam edir.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar