SON XƏBƏRLƏR

Xamneyi Qasım Süleymanini ən yüksək hərbi nişanla təltif edib

2021.10.20, 07:36
Xamneyi Qasım Süleymanini ən yüksək hərbi nişanla təltif edib

Gunaz.tv

GünazTV: İranın dini lideri Əli Xamneyi “Sepah”ın xarici əməliyyatlar üçün nəzərdə tutulmuş “Qüds” qanadının komandanı Qasım Süleymanini ölkənin ən yüksək hərbi nişanı sayılan “Zülfüqar” nişanı ilə təlitif edib.

 

İranın “İsna” agentliyinin yaydığı xəbərə əsasən, Qasım Süleymani ona verilən tapşırıqları vaxtında və layiqincə yerinə yetirdiyinə görə və hərbi komandanlıqda göstərdiyi şücaətinə görə “Zülfüqar” hərbi nişanı ilə təltif edilib.

 

Bildirilir ki, Xamneyinin “Sepah”ın “Qüds” qanadındakı nümayəndəsi axund Əli Şirazi Qasım Süleymaniyə məktub yazaraq, onu bu nişana layiq görüldüyünə görə təbrik edib. Xəbərdə, islam respublikasında ən yüksək hərbi nişan sayılan “Zülfüqar” nişanının Qasım Süleymaniyə verildiyi tarix açıqlanmayıb.

 

Xatırladaq ki, son illər Bəşər Əsəd rejiminə dəstək məqsədilə Suriyaya göndərilən və Əsədə müxalif qüvvələrə qarşı vuruşan “Sepah” qüvvələrinə Qasım Süleymani birbaşa başçılıq edib. O, həmçinin Bəşər Əsədin bir neçə gün əvvəl İrana gizli səfərini təşkil edən əsas şəxslərdən biri olub.

 

A.M

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar