SON XƏBƏRLƏR

Astarada “Təkəmçilər” karnavalı keçirilib

2021.10.20, 07:36
Astarada “Təkəmçilər” karnavalı keçirilib

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanda Novruz bayramı günlərində müxtəlif ənənəvi mərasimlər keçirilməkdədir.

 

Son məlumata görə, Astara şəhərində sıravi əhali ilə yanaşı qeyri-hökumət təşkilatlarının mənsubları, həmçinin mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə “Təkəmçilər” karnavalı keçirilib. Mərasimə qatılanlar Azərbaycanın yerli geyimini geyib, əllərində bahar müjdəsini verən səməni və digər əşyalar götürüblər.

 

Bayram şənliyində iştirak edən soydaşlarımız bəzədilmiş atlarla “Şəhrdari” parkından “sahil” bazarına qədər hərəkət edib, çoxları “təkəmçilər”ə yaxınlaşaraq onlarla şəkil çəkdiriblər.

 

Mərasimin Gənclər və İdman İdarəsi ilə İrşad və Mədəniyyət İdarəsinin təşəbbüsü əsasında keçirildiyini deyən Turizm, Əl işləri və Mədəni İrs İdarəsinin icraçı direktoru Pordel Əmirinəjad bildirib ki, “Təkəm gəzdirmə”, “şal sallamaq”, “yumurta döyüşdürmək” və s. Astara əhalisinin qədim ənənələrindəndir. Təəssüflər olsun ki, onların bir çoxu artıq unudulmaqdadır. Lakin müxtəlif mədəni karnaval və festivallar keçirməklə onları yenidən canlandırmağa çalışacayıq.

 

Pordel Əmirinəjad mədəniyyət sahəsi ilə yanaşı ticarət və iqtisadiyyat sahəsini də gücləndirmək üçün yaxın zamanda Astarada xalça festivalı kimi tədbirlərin keçiriləcəyini deyib.

 

“Təkə” türk dilində erkək keçi, “təkəm” isə mənim keçim deməkdir. “Təkə” qoyun sürüsünün başında gedən keçidir. Novruz bayramı ərəfəsində həyata keçirilən “Təkəm gəzdirmə” mərasimində təkəmçi ağacdan təkə hazırlayaraq onu əlində tutur və şəhəri gəzir. Təkəmçi əlindəki “təkəm”ini tərpədib, şeir oxuyur və bahar müjdəsini verir.

 

N.S

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar