SON XƏBƏRLƏR

İrandan Türkiyə ilə “bərabər əməliyyat keçirmə” açıqlaması

2021.10.20, 07:36
İrandan Türkiyə ilə “bərabər əməliyyat keçirmə” açıqlaması

Gunaz.tv

İran Daxili İşlər nazirliyi saytından edilən şərhə görə, Türkiyəli həmkarı Möhtərəm İncə ilə bir telefon danışığı edən İran Daxili İşlər nazirin köməkçisi Hüseyn Zülfiqari, bölgədə Türkiyə ilə İranın terrorist qruplara və narkotik qaçaqçılarına qarşı mübarizə istiqamətində icra etdiyi əməkdaşlığın iki ölkə xalqının dincliyi üçün əhəmiyyətli olduğunu vurğulayıb.

 

Zülfiqari, Türkiyə və İranın təhlükəsizliyini pozan günahkarlara və terror qruplarına qarşı bərabər əməliyyat keçirilməsinə bağlı etdikləri razılaşmaların həyata keçirilməsi mövzusunda gəlinən nöqtədən məmnuniyyətini dilə gətirib.

 

Türkiyə Daxili İşlər naziri Süleyman Soylu, 2 gün əvvəl etdiyi açıqlamada isə "15 gün əvvəl dedim ki, 'İranla ortaq əməliyyat edəcəyik.' Tariximizdə ilk dəfə 2-3 dəfə Tehrana, İrana gedib gəldik. Onlar da gəldilər. Bu səhər 08:00 etibarıyla İranla şərq sərhədimizdə PKK-ya istiqamətli ortaq əməliyyat etməyə başladıq. Nəticəsini açıqlayacağıq. Bunlara nəfəs almağa imkan verməyəcəyik" demişdi.

 

R.X

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar