SON XƏBƏRLƏR

Təbrizdə saxlanılan ata və oğul mülki vəsiqə qarşılığında azadlığa buraxılıb

2021.10.20, 07:36
Təbrizdə saxlanılan ata və oğul mülki vəsiqə qarşılığında azadlığa buraxılıb

Gunaz.tv

GünAz TV: Mayın 29-da Təbrizdə “Sepah”ın təhlükəsizlik bölümünün əməkdaşları tərəfindən saxlanılan ata və oğul mülki vəsiqə qarşılığında sərbəst buraxılıb.

 

Cəfər İsmailzadə və Milad İsmailzadə ötən çərşənbə günü öz iş yerlərində yaxalanaraq təcridxanaya aparılıb. Məlumata görə, onların hər biri 50 milyon tümənlik mülki vəsiqə qarşılığında iyunun 2-də sərbəst buraxılıb.

 

Təhlükəsizlik əməkdaşları axtarış aparmaq məqsədi ilə İsmailzadə ailəsinin evinə də müraciət edib. Məlumata görə, məmurlar ev sahibinə aid ləptop, kitab və daha bir neçə şəxsi əşyanı özləri ilə götürüb.

 

Ata və oğulun nədə günahlandırıldığı və hadisənin təfərratı barədə hələlik dəqiq məlumat yoxdur.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar