SON XƏBƏRLƏR

Tramp: “İran dünyada ən böyük terror dövlətidir”

2021.10.20, 07:36
Tramp: “İran dünyada ən böyük terror dövlətidir”

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp İran rejimini dünyada dövlət terroru həyata keçirən ən böyük rejim adlandırıb.

 

O, Pakistanın baş naziri İmran Xanla birgə keçirdiyi mətbuat konfransında rəsmi Tehranla Vaşinqton arasında baş verən son gərginliklərə toxunub və artıq İranla anlaşma əldə etməyin hər keçən gün daha da çətinləşdiyini deyib.

 

ABŞ prezidenti əlavə edib ki, iki tərəf daha asan razılıq əldə edə bilərdi, lakin İranın təxribatçı davranışları buna mane olur.

 

İranın böyük iqtisadi problemlər, daxildə etraz aksiyaları, eləcə də 75%-lik inflyasiya həddi ilə üzləşdiyini deyən Tramp bu ölkənin rəhbərlərinin artıq nə etdiklərini, hansı istiqamətdə getdiklərini dərk etməkdə çətinlik çəkdiyini bildirib.

 

ABŞ prezidenti həmçinin vurğulayıb ki, İranda dini rejimin hakimiyyətdə olmasına və rəhbərlərin özlərini dindar adlandırmalarına baxmayaraq, onlar hər zaman xalqa yalan danışırlar. Xüsusilə də, ABŞ-ın İrana məxsus pilotsuz uçan aparatı vurmasını iranlı rəsmilərin danması bunun növbəti bariz nümunəsi idi.

 

Ə.A

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar