SON XƏBƏRLƏR

Güney azərbaycanlı fəal Muctaba Pərvin Apelyasiya Məhkəməsinə çağırılıb

2021.10.20, 07:36
Güney azərbaycanlı fəal Muctaba Pərvin Apelyasiya Məhkəməsinə çağırılıb

Gunaz.tv

GünAz TV: Güney azərbaycanlı milli-mədəni fəal Muctaba Pərvin Ərdəbil Əyalətinin Apelyasiya Məhkəməsinə çağırılıb.

 

Məhkəmənin elektron sistemi tərəfindən göndərilən çağırış məktubuna görə, fəal özünü müdafiə etmək üçün avqustun 14-ü yerli vaxtla saat 12:00-da Apelyasiya Məhkəməsinin 1-ci şöbəsinə müraciət etməlidir.

 

Bundan əvvəl Ərdəbil 2 nömrəli Məhkəməsinin 101-ci şöbəsi azərbaycanlı fəalı dövlət mülkiyyətinə ziyan vurma  (ayaq zərbələri ilə polis avtomobilinə vurulan ziyan) ittihamı ilə 3 ay həbs cəzasına məhkum edib.

 

Məhkəmə hökmündə qeyd olunduğu kimi, fəalın şikayətçisi Polis İdarəsi, şahidləri isə polis əməkdaşları olub.

 

Həbs hökmünün çıxarılmasında Ərdəbil Ettelaat İdarəsi və Polis İdarəsinin Təhlükəssizlik Bölümünün yanvar ayında fəalın dosyesi ilə bağlı təqdim etdikləri hesabatlar da xüsusi rol oynayıb.

 

Məhkəmə fəalın ittihamla razılaşmadığını və gətirdiyi dəlilləri rədd edərək həbs qərarı çıxarıb.

 

Muctaba Pərvinin fikrinə görə, şikayətçinin açıqlamasının şahid ifadəsi kimi qəbul olunması çıxarılan məhkəmə hökmünün doğru olmadığını sübut edən əsas dəlildir.

 

 

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar