SON XƏBƏRLƏR

Tehrandan Təbrizə uçan sərnişin təyyarəsi texniki nasazlıq üzündən təcili eniş etmək məcburiyyətində qalıb

2021.10.20, 07:36
Tehrandan Təbrizə uçan sərnişin təyyarəsi texniki nasazlıq üzündən təcili eniş etmək məcburiyyətində qalıb

Gunaz.tv

GünazTV: Tehrandan Təbrizə uçan “İran Air Tours” aviasiya şirkətinə məxsus sərnişin təyyarəsi yaranmış texniki nasazlıq səbəbindən geri qayıdaraq Tehranın “Mehrabad” hava limanında təcili eniş edib.

 

Bu barədə Tehranın “Mehrabad” hava limanının baş direktoru Mir Səid Səfiniya jurnalistlərə açıqlama verib.

 

O deyib ki, hadisə sentyabrın 12-si yerli vaxtla səhər saat 09:05 radələrində baş verib: “Air Bus” 600300 tipli sərnişin təyyarəsində yerdən qalxandan 10 dəqiqə sonra texniki nasazlıq yaranıb. Nəticədə təyyarə geri qayıdaraq, Mehrabad” hava limanında təcili eniş edib. Xoşbəxtlikdən təyyarənin göyərtəsində olan sərnişinlərdən xəsarət alan olmayıb. Təyyarədə yaranmış texniki nasazlığın səbəbi araşdırılır” –deyə Tehranın “Mehrabad” hava limanının baş direktoru Mir Səid Səfiniya əlavə edib.

 

Sərnişinlər bir neçə saat sonra alternativ təyyarə ilə Təbrizə yola salınıblar.

 

A.M

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar