SON XƏBƏRLƏR

İranın tibb mərkəzlərindən BBC-yə sızdırılan xəbərdə, koronavirusdan ölənlərin sayı 210 nəfərdir”

2021.10.20, 07:36
İranın tibb mərkəzlərindən BBC-yə sızdırılan xəbərdə, koronavirusdan ölənlərin sayı 210 nəfərdir”

Gunaz.tv

GünazTV: Fvralın 28-də İranın tibb mərkəzlərindən BBC-yə sızdırılan xəbərdə bildirilir ki, İranda koronavirusdan ölənlərin sayı ən azı 210 nəfərdir.

 

Həmin mənbələrin yaydığı xəbərdə bildirilir ki, fevralın 27-si axşama qədər İranda ən azı 210 nəfərin koronavirusdan öldüyü qeydə alınıb. Yayılan məlumatda qeyd edilir ki, virusa yoluxaraq karantində saxlanılanların 100-dən çoxu paytaxt Tehranda, 80-dən çoxu Qumda, qalanları isə İranın digər şəhərlərində həyatlarını itiriblər.

 

İrandakı tibb mənbələri, ölkədə virusa yoluxanların dəqiq sayını açıqlamasalar da, həmin şəxslərin minlərlə nəfər olduğu bildirilir.

 

Həmin gün, Tehran şəhər şurasının sağlamlıq komitəsinin sədri Nahid Xuda Kərəmi jurnalistlərə açıqlamasında ölkədə koronavirus qurbanlarının sayının rəsmi mənbələrdən elan edilən rəqəmlərdən qat-qat çox olduğunu bəyan edib: “Hazırda İranda ən azı 10-15 min nəfərin koronavirusa yoluxduğu təxmin edilir” -deyə, Tehran şəhər şurasının sağlamlıq komitəsinin sədri Nahid Xuda Kərəmi əlavə edib.

 

 Tehran Şəhər Şurasının sağlamlıq komitəsinin sədri Nahid Xuda Kərəmi

 

Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur fevralın 28-də jurnalistlərə açıqlamasında ölkədə koronavirusdan ölənlərin sayının 34-ə, virusa yoluxanların isə 388 nəfərə çatdığını bildirsə də, İranın tibb mərkəzlərində fəaliyyət göstərən qeyri-rəsmi mənbələr virusdan ölənlərin və ona yoluxanların sayının qat-qat çox olduğunu bildirirlər. Həmin mənbələrin dediyinə görə, İran rejimi virus qurbanlarının sayını azaltmaqla, öz səriştəsizliyini və ölkədə baş verən insani faciənin dəhşətli miqyasını xalqdan gizlətməyə çalışır.

 

A.M

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar