SON XƏBƏRLƏR

Tanınmış güney azərbaycanlı idmançı azadlığa buraxıldıqdan sonra bunları dedi – VİDEO

2021.10.20, 07:36
Tanınmış güney azərbaycanlı idmançı azadlığa buraxıldıqdan sonra bunları dedi – VİDEO

Gunaz.tv

GünAz TV: Tanınmış güney azərbaycanlı idmançı Kərim İsmayılzadə Təbrizin Mərkəzi Zindanından azadlığa buraxıldıqdan sonra qısa video paylaşaraq son vəziyyəti barədə məlumat verib.

 

Saxlandığı günlərdə heç bir işgəncəyə məruz qalmadığını deyən idmançı artıq azadlıqda olduğunu bildirib.

 

Azərbaycanlı idmançı ölkə qanununa uyğun qərar verdiyini diqqətə çatdıraraq Sulduzdan deputatlığa namizədliyini irəli sürən şəxsə üstünlük verdiyi üçün orada səs verdiyini bildirib.

 

Kərim Boksor (boksçu) adı ilə tanınan idmançı ötən parlament seçkilərində səs vermək üçün Sulduz şəhərinə getmişdir. O həmin şəhərdə təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb bir neçə gün saxlandıqdan sonra fevralın 29-da azadlığa buraxılmışdır.

 

https://www.youtube.com/watch?time_continue=7&v=o5jOLf2OIsI&feature=emb_logo

 


Tanınmış idmançı bundan əvvəl Azərbaycan əhalisini qarın mühasirəsində qalan Xalxal sakinlərinə yardım etməyə, Qərbi Azərbaycanda seçkilərdə aktiv olmağa, eləcə də ana dilini müdafiə etmək məqsədi ilə səhifələrində türkcə kitablar paylaşmaq və azərbaycanlı yazıçalara dəstək verməyə çağırmışdır.

 

Qeyd etmək lazımdır ki, son dövrlər güney azərbaycanlı fəallara qarşı təzyiqlər artmaqdadır. İran rejiminin təhlükəsizlik qüvvələri güneyli fəalları müxtəlif saxta ittihamlarla həbs edərək, keçirilən sifarişli məhkəmə prosesləri vasitəsilə uzun müddətli həbs cəzalarına məhkum edirlər.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar