SON XƏBƏRLƏR

İran parlamentinin keçmiş deputatı Məhəmmədrza Rahçəməni koronavirusdan ölüb

2021.10.20, 07:36
İran parlamentinin keçmiş deputatı Məhəmmədrza Rahçəməni koronavirusdan ölüb

Gunaz.tv

GünazTV: İran parlamentinin Səbzəvar şəhərindən seçilmiş keçmiş deputatı, Birlik və Milli Əməkdaşlıq Partiyasının rəhbəri Məhəmmədrza Rahçəməni koronavirusdan ölüb.

 

Bu barədə, İranın “İsna” agentliyi və  digər hökumət saytları martın 9-da məlumat yayıb.

 

Yayılan məlumatlara əsasən, virusa yoluxduğu üçün bir neçə gün əvvəl Tehran xəstəxanalarından birinə yerləşdirilən Məhəmmədrza Rahçəməni bu gün dünyasını dəyişib.

 

Keçmiş deputatın paytaxtın hansı xəstəxanasında öldüyü açıqlanmayıb.

 

 

Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur martın 8-də jurnalistlərə açıqlamasında koronavirisdan ölənlərin sayının 194 nəfərə, yoluxanların sayının isə 6566 nəfərə yüksəldiyini bildirsə də, İranın tibb mərkəzlərində çalışan qeyri-rəsmi mənbələr, virusdan ölənlərin və yoluxanların sayının qat-qat çox olduğunu bildirirlər.

 

Həmin mənbələrin dediyinə görə, İran rejimi ölənlərin sayını azaltmaqla, virusla mübarizədə öz səriştəsizliyini və ölkədə baş verən insani faciənin dəhşətli miqyasını xalqdan və cəmiyyətdən gizlətməyə çalışır.

 

A.M

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar