SON XƏBƏRLƏR

Tanınmış yazıçı və rejissor bütün güney azərbaycanlı milli-mədəni fəalların müvəqqəti sərbəst buraxılmasını tələb edib

2021.10.20, 07:36
Tanınmış yazıçı və rejissor bütün güney azərbaycanlı milli-mədəni fəalların müvəqqəti sərbəst buraxılmasını tələb edib

Gunaz.tv

GünAz TV: Tanınmış yazıçı və rejissor İsmayıl Münsif bütün güney azərbaycanlı milli-mədəni fəalların müvəqqəti sərbəst buraxılmasını istəyib.

 

Güney azərbaycanlı sənətkar bu barədə öz İnstaqram səhifəsində post paylaşaraq İran zindanlarında həbsdə olan milli-mədəni fəalların məzuniyyətə buraxılmasını tələb edib.

 

Rejissor paylaşdığı mətni Azərbaycan türkcəsində də dərc edib.

 

“İran zindanlarında koronavirus yayıldığı üçün, 160-dan çox azərbaycanlı mədəni fəal, jurnalist, şair və yazıçı Məhkəmə Sisteminin rəisinə məktub ünvanlayaraq siyasi məhbuslar və azərbaycanlı fəalların müvəqqəti sərbəst buraxılmasını tələb ediblər.

Mən də bir azərbaycanlı kimi, ədalətsiz qərar əsasında həbs olunan əziz insanların azadlığa buraxılmasını istəyirəm. Düşünürəm ki, onların indiki böhranlı günlərdə azad edilməsi ən minimal hüquqlarının təmini olardı.

Bu insanların əksəriyyəti türk dilinin rəsmi şəkildə tanınması uğrunda apardıqları fəaliyyətə görə həbs olunub. Hansı ki, biz bu hüququ yalnız seçkilər zamanı təbliğat-təşviqat dönəmində namizədlərin dilindən eşidirik.”- deyə o qeyd edib.

 

İsmayıl Münsif “Kömür” filminin rejissorudur. Astara şəhərində çəkilən film Güney Azərbaycanla Fransanın birgə istehsalıdır.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar