SON XƏBƏRLƏR

Abadan və Xürrəmşəhrdə spirtdən zəhərlənənlərin sayı 32-yə, ölənlərin sayı isə 2 nəfərə çatıb

2021.10.20, 07:36
Abadan və Xürrəmşəhrdə spirtdən zəhərlənənlərin sayı 32-yə, ölənlərin sayı isə 2 nəfərə çatıb

Gunaz.tv

GünazTV: İranın Xuzistan əyalətinin Abadan və Xürrəmşəhr şəhərlərində  spirtdən zəhərlənənlərin sayı 32-yə, ölənlərin sayı isə 2 nəfərə çatıb.

 

Bu barədə, Abadan Tibb Elmləri Universiteti rektorunun müavini Huşan Şəriəti aprelin 2-də mediaya açıqlamasında məlumat yayıb.

 

O bildirib ki, son günlər saxta spirtdən zəhərlənərək Abadan və Xürrəmşəh xəstəxanalarına müraciət edən xəstələrin sayı 32 nəfərə çatıb: “Təəssüflər olsun ki, həmin xəstələrdən 2-si artıq həyatını itirib. Hazırda həmin xəstələrdən 14-ünün durumu ağır olduğundan xəstəxanalarda müalicə alırlar” -deyə, Abadan Tibb Elmləri Universiteti rektorunun müavini Huşan Şəriəti əlavə edib.

 

 

 Qeyd edək ki, son həftələr İranın müxtəlif şəhər və əyalətlərində koronavirusdan qorunmaq və onun iztirab və stressindən qurtulmaq üçün spirtli içkilərə üz tutan insanların sayı sürətlə artıb. Nəticədə, minlərlə insan saxta spirtdən zəhərlənərək xəstəxanalaraq düşüb, 350-dən çox insan isə həyatını itirib.

 

A.M

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar