Ərəb koalisiyası husilərə qarşı mübarizədə Yəmən ordusuna dəstəyi davam etdirəcək
O biri Azərbaycan da İranındır - Rəsul Bərgi
İranın neft naziri istefa verdi
ABŞ bu vaxta kimi hərbi münaqişəyə girməyəcək - Brucerdi
Norveç səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
GünAzTv: Ötən hər həftə İran İslam Respublikası üçün geriləmə, beynəlxalq ictimaiyyətin yenitəzyiqi ilə üzləşmə, daxili gərginliyin artması kimi dəyərləndilirəl bilər.
Ölkədə «islahatçı» və 2009-cu ilin prezident seçkisindən sonrakı müxalifət yenə fəallaşıb. Bununla yanaşı icraedici və qanunverici qurumlar arasında da kəskin «söz savaşının» getdiyi müşahidə olunmaqdadır.
Bu baxımdan yola saldığımızı həftə İslam Respublikası üçün qalmaqlallı saylı bilər. Parlamentin üzvü, Mahmud Əhmədinejad hökumətinə müxaliflərdən biri Əli Mütəhhəri jurnalistlərə açıqlamasında prezidentin parlamentdə impiçment edilməsi üçün 50-dən çox imza toplandığını bildirib.
Qeyd edək ki, bir müddət öncə İslam Respublikası parlamentinin sədri Əli Laricani prezident Mahmud Əhmədinijatı ölkənin ali qanunverici orqanı qarşısında hesabat verməməkdə, başqa sözlə bu quruma sayğısızılq göstərməkdə suçlamışdı. Onun ardınca İranın ali rəhbərini (indiki halda ayətulla Xamneyinin tutduğu vəzifə) müəyyənləşdirən bir qurumun, dini ekspertlər şurasının sədri, keçmiş prezident Haşimi Rəfsəncani siyasi məhbusların ailə üzvləri ilə görüşdə icra qurumlarına onların yaxınlarının probleminin həlli istiqamətində rahatsızlıqlarına yardım etməkdə gücsüzlüyünü dolayı yolla boyununa alması və s. rejimiçi problemlərin ciddiliyini təsdiqləyib.
Məclisinin 170 üzvü M.Əhmədinijata etiraz müraciətində bildirilmişdi ki, hökumət başçısı Nyu-Yorka son səfəri zamanı yerli jurnalistlərlə görüşdə icra hakimiyyətinin ölkədə ən yüksək dövlət orqanı olduğunu deməsi gerçəkliyi əks etdirmir. Əhmədinejadın sözlərinə görə, parlamentin «ən ali dövlət qurumu sayılması dövrü» artıq geridə qalıb : «Hazırda önəm baxımından dövlətin birinci qurumu icraedici hakimiyyətdir».
Deputatlar müraicətlərində Əhmədinijatı ölkə Ana Yasasını təhrif etməkdə, ayətulla Xomeyniyə, eləcə də İranın hazırkı ali rəhbəri ayətulla Xamneyiyə qarşı çıxışda suçlayıblar.
Etiraz bəyanatında daha sonra bildirilib: “Xalqın ölkə prezidentindən və başqa rəsmilərdən gözlədiyi odur ki, onlar ayrı-ayrı orqanların işinə qarışmaqdansa, ölkənin əsas problemləri olan işsiz gənclərin işlə təmin edilməsi, inflyasiya və bahalığın qarşısının alınması, əmtəə qaçaqmalçılığının aradan qaldırılması, daxili istehsala dəstək verilməsi, ictimai və iqtisadi fəsadların önlənməsi ilə məşğul olsunlar”.
Yuxarıda qeyd etdiyimiz açıqlamasındaƏli Mütəhhəri deyib: “Prezidenti parlamentə çağırıb ondan izahat tələb etmək üçün toplanan imzalar artıq yetərli həddə çatıb. 50-dən çox imza toplanıb. Bu isə prezidenti dindirmək üçün kifayətdir”.
Bu günlərdə isə İslam Respublikasının məclisi ölkə prezidenti Mahmud Əhmədinejad Mərkəzi Bankı Baş Assambleyasının sədri vəzifəsindən çıxarılması barədə qərar qəbul edib. Həmin qanuna əsasən Əhmədinejad bu maliyyə qurumuna sədr təyin etmək hüququndan da məhrum olunub. Yeni qanuna görə, iqtisadiyyat naziri, İransayağı dövlət Plan komitəsinin başçısı, ticarət naziri, ticarət palatasının başçısı, baş prokuror və «yeddi iqtisadçı» assambleyanın üzvülüyündə qalacaq.
Bunu hökumətin iqtisadi siyasətinə qarşı parlamentin qələbəsi kimi dəyərləndirənlər də var. Belə düşünənlərə görə, yeni qanun pul siyasətini prezidenti təzyiqindən qurtataraq, onun müstəqilliyini təmin edəcək.
Hakimiyyətiçi qüvvələrin mübarizəsi keçmiş prezident, məsləhət və dini ekspertlər şuralarının sədri Ələkbər Haşimi-Rəfsənacani oğlu Mehdi Haşimiyə qarşı hökmün qüvvədə qalmasında da özünü göstərib.
Bir nçə ay öncə ETTELAAT naziri Heydər Moslehi Mehdi Haşiminin ölkəyə qaytarılması üçün iş aparıldığını bildirmişdi.
Jurnalistlərin “Siz Mehdi Haşimini İnterpolun yardımı ilə tutub, ölkəyə qaytarmaq istiqamətində hansı tədbir görmüsünüz” sualını o, belə cavablandırmışdı: “Onu tutub ölkəyə qaytarmaq üçün İnterpola müraciət etməyə ehtiyac yoxdur. Bu məsələnin həlli üçün başqa cür iş aparılır”.
2009-cu ilin prezident seçkisi ərəfəsindəki debatların birində prezident Mahmud Əhmədinejad «Haşimi- Rəfsəncanini və onun oğlanlarını dövlət əmlakını mənimsəməkdə» günahlandırmışdı.
Prezident seçkisinin rəsmi nəticələrinə etiraz olaraq aksiyalar keçiriləndə Mehdi Haşimi müxalifət tərəfdarlarına qoşulub, az sonra ölkəni tərk edərək, Böyük Britaniyaya, oradan da Livana getdiyi barədə xəbərlər yayılmışdı.Bu günə qədər o,İrana qayıtmayıb. Mehdi Haşiminin hazırda Böyük Britaniyada olduğu haqda da xəbrələr var.
Ötən həftə Mehdi Haşimi İranın baş prokuroru Qulamhüseyn Möhsüni- Ejeiyə açıq məktub yazaraq, ölkəyə qayıdıb mühakimə olunmağa hazır olduğunu bəyan edib.
Həmin məktubda keçmiş prezidenti oğlu bildirib ki, müstəqil və ədalətli bir məhkəmə keçirilməsi, ETTELAAT-ın prosesə müdaxilə etməyəcəyinə təminat verilməsi şərti ilə ölkəyə qayıdıb, mühakimə olunmağa hazırdır: “Nə vaxt lazım bilsəniz, vəkillərimin vasitəsi ilə qanuni çağırış forması təqdim edildikdən sonra gəlib mühakimə olunmağa hazıram. Əminəm ki, ədalətli bir məhkəmə mənə bəraət qazandıracaq və mənə böhtan atanlar biabır olacaq.
Siz bilirsiniz ki, ölkənin bir sıra rəsmiləri mənimlə əməkdaşlıqda günahlandırılaraq zindana salınıb. İstintaqda isə onlardan təzyiqlər altında yalançı etiraflar alınıb. Hökumət qəzetləri mənə qarşı təxribat xarakterli qərəzli yazılar verir, mənim və vəkillərimin mövqeyini dərc etməkdən imtina edirlər. Sizdən xahişim budur ki, mənə qarşı aparılan bu şantajların qarşısını alaraq ədalətli, müstəqil, azad və qanuni bir məhkəmənin keçirilməsinə şərait yaradasınız”.
Bir neçə ay öncə Mehdi Haşimi bildirmişdi ki, hakimiyyət ona və ailəsinə qarşı təzyiqləri dayandırmasa, hakimiyyətin pərdəarxası oyunlarını açıqlayacaq.
Yola saldığımız həftə isə məhkəmə sisteminin sədri ayətulla Sadiq Laricani onun həbsi haqda sanksiya verib. İslam Respublikasının Neft Şirkətində mühüm vəzifələr tutumuş Mehdi Haşimi «Britaniyanın xeyirinə casusluq etməkdə və kütləvi ixtişaşların təşkilində» suçlanır.
Onu da qeyd etmək yerinə düşər ki, Rəfsəncanin qızı Faizə Haşimi də dəfələrlə ixtişaşların təşkilində günahlandırılıb.
Haşimilər ailəsinə basqılar bununla bitmir. Bir nneçə ay
öncə keçmiş prezidentin 23 yaşlı nəvəsi Həsən Lahuti də həsb olunmuşdu. Londonda təhsil alan Lahuti İrana qayıdarkən Tehran aeroportunda tutularaq bir sutka saxlanmış,73 min dollar mülk girovu qarşılığında azadlığa buraxılmışdı.
Tehran prokurorluğu Lahutiyə qarşı irəli sürülən rəsmi ittiham barədə açıqlama verməsə də, onun bir sıra təhlükəsizlik məsələləri ilə əlaqədar məsuliyyətə cəlb olunduğunu bildirmişdi. Bəzi islahatçı mənbələr Lahutinin İranın ali rəhbəriayətulla Xamneyini tənqid etdiyinə görə saxlandığını bildirirdilər. Həsən Lahuti Faizə Haşiminin oğludur.
Baş verənlərə isə Haşimi-Rəfsəncani son zamanlar açıqlama verməsə də, bir müddət öncə o, rəsmiləri müxalifətlə daha ədalətli davranmağa çağırmışdı : «Rəsmilər ölkədəki çatışmazlıqlardan danışanlar və ədalətli tənqidi fikrilər söyləyənlərlə daha sivill davranılmalı, bu nöqsanlardan nəicə çıxırmaq üçün sərbəst danışmağa şərait yaratmalıdırlar». O, ölkənin indiki durumunu son dərəcə böhranlı sayaraq, xalqın vəziyyətdən narahat olduğunu vurğulayıb : «İslam Respublikası xalqla yanaşı və çiyin-çiyinə hərəkət etdiyi təqdirdə uğur qazana bilər. Xalıqın dəstəyindən məhrum olan sistem ziyan görəcək».
Çıxışlarında Rəfsəncani xalqın rəy və iradəsinə önəm verilməsinin zəruri olduğunu vurğulayaraq, demişdi: “İşlərin xalqa tapşırılması hökumətlərin idarəçilikdə üzləşdiyi problemlərin həllinə yardım göstərə bilər. İctimai bazası olmayan, xalqa söykənməyən hakimiyyət qala bilməz. Siyasi sistemin təminatı yalnız azad seçkidən qalib kimi çıxmış siyasi qüvvə ola bilər”.
Əslində isə baş verənlərə nəzərən Rəfsəncani ilə Əhmədinijejad arasında münasibətlərin kəskin dərəcədə pisləşdiyini söyləmək olar. Ayətulla Xamneyi isə bu ixtilafı aradan qaldırmağa cəhd etsə də hələ ki buna nail ola bilməyib.
Seçkidən sonrakı müxalifətin liderlərindən biri, Mirhüseyn Musəvinin xanımı Zəhra Rəhnəvərd həftənin sonunda İran Məhkəmə Sisteminin rəisi ayətullah Sadıq Laricaniyə açıq məktub yazaraq, ölkədə müxaliflərə qarşı təzyiqlərin davam etdiyini bildirib: “İranda dinc mübarizə aparan müxaliflərin təqib edilməsi və hər yerdə quraşdırılan dinləmə cihazları sayəsində ölkə başdan-başa polis rejimi ilə idarə olunan böyük bir zindana çevrilib.
İranın tarixində hakimiyyət öz vətəndaşlarına, eləcə də qadınlara qarşı bu qədər siyasi zorakıl etməyib.Həbsxanalardakı müstəntiqlər və ETTELAAT əməkdaşları siyasi motivlərlə həbsdə saxlanan qadınları psixotrop vasiətələr, həblər və narkotik maddələrin gücü ilə yalançı etiraflara vadar ediblər.
Məhbus qadınlara qarşı tətbiq edilən əxlaqdan və insanlaqıdan uzaq üsullar onların müxtəlif xəstəliklərə tutulmasına gətirib çıxarıb. Bəzən həmin dustaq qadınların hüquqlarını müdafiə edən vəkillər də müxtəlif bəhanə və ittihamlarla tutub ya zindana salıb, ya da sürgünə göndəriblər. Təəssüf ki, il yarım qabaq başlanan kütləvi həbslər azacıq səngisə də, hələ də davam edir”.
30 ilə yaxındır ki, İrandakı siyasi qüvvələr hakimiyyəti tənqid edərək, bildirir: «Biz hara gedirik? Xalqa qulluqçu olacağımızla bağlı verdiyimiz vədi, görünür, unutmuşuq. Lakin indi Allahlıq edirik, Allahın yerində oturmuşuq, öz davranışımızdan xəbərsiz olduğumuz halda başqalarının əxlaqı barədə hökm veririk. Görəsən, sistemin möhkəm bünövrəsini ağ qarışqa təki yeyib, onu zəiflədən bu dağıdıcı cərəyanın qarşısını almaq məsuliyyəti kimin, yaxud kimlərin üzərinə düşür?»
Tehran hakimiyyəti içində baş verənlər Qərb tərəfindən də diqqətlə izlənməkdədir. ABŞ Dövlət Departamenti mətbuat xidmətinin katibi Filipp Krouli baş verənlərə belə münasibət bildirib : «Beynəlxalq ictimaiyyətin təzyiqi ilə İran rəhbərliyi daxilində çoxdan parçalanma başlayıb».
Sonucsayağı
İslam Respublikasında baş verənlərə əsasən belə bir nəticəyə gəlmək olar – problem İran prezidenti Mahmud Əhmədinejadın öz işinin öhdəsindən gələ bilməməsində, səlahiyyətini aşmasında, keçmiş prezident Haşimi-Rəfsəncaninin ailəsinə qarşı barışmazlığında və s.-də deyil. Problem rejimin yeniləşə bilməməsində, çağdaş dünya ilə ayaqlaşmamasında, islah olunmamasındadır. Odur ki, İran hakimiyyətindən çürmüş rejimin iyi gəlir.
Nəzərə almaq lazımdır ki, İran İslam Respublikası yarananda SSRİ, Yuqoslaviya mövcud idi, Çauşesku (o, İran İslam Respublikasının «dostu» adlanırdı) Rumınyaya prezidentlik edirdi, Kuba lideri Fidel Kastronun qılıncının qəbzəsi də kəsirdi, Avropa Birliyi bu dərəcədə güclənməmmişdi, NATO yalnız hərbi təşkilat idi və s.
Sədrəddin Soltan
İranın neft naziri istefa verdi
Norveç səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
İran NPT-dən çıxmağa hazırlaşır
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
Həmədanda iş qəzaları- 147 nəfər...
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Qazaxıstan Rusiyaya nota verib
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır