SON XƏBƏRLƏR

Həmid Valayi azadlığa buraxılıb

2021.10.20, 07:36
Həmid Valayi azadlığa buraxılıb

Gunaz.tv

GünAzTv: Azərbaycanlı milli-mədəni fəal, jurnalist və İnsan Haqları Fəalı cənab Həmid Valayi şərti olaraq Təbriz zindanından azadlığa buraxılıb.

 

2008-ci il iyul ayının 15-də (1387-ci il tir ayının 25-i) yaxalanıb, 15 gün saxlanıldıqdan sonra beynəlxalq təşkilatların təzyiqi altında azad edilən fəal, bu il oktyabr ayının 17-də (Mehrin 25-i) hökmünün icrası üçün Təbriz zindanına yollanılmışdı.

 

Qeyd edək ki, Həmid Valayi həbsdə saxlanıldığı qısa müddətdə işgəncə edilib və ağız və çənə nahiyəsindən ciddi xəsarət alıb. O keçmiş iki il ərzində xəsarət aldığı nahiyələrdən 3 dəfə cərrahi əməliyyat olunub.

 

Xatlırladaq ki, cənab Valayi barəsindəki məhkəmə hökmü 3 ay qəti həbs və 9 ay şərti həbs cəzasından ibarətdir. O son illərdə İran rejimi tərəfindən müxtəlif formalarda təzyiqlərə məruz qalıbdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar