İsfahanda daha bir etirazçı dar ağacından asıldı
İranda qaz çatışmazlığına görə elektrik kəsintiləri artacaq
Ermənistanın Bərdəni ilk dəfə raket atəşinə tutmasından 6 il ötür
Ukrayna MN: Ukrayna Rusiyanın neft emalı gücünün 51 faizini vurub
Ərəb koalisiyası husilərə qarşı mübarizədə Yəmən ordusuna dəstəyi davam etdirəcək
O biri Azərbaycan da İranındır - Rəsul Bərgi
İranın neft naziri istefa verdi
ABŞ bu vaxta kimi hərbi münaqişəyə girməyəcək - Brucerdi
Norveç səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
GünAzTv mətbuat mərkəzinin növbəti müsahibi, İsveçrədə yaşayan tarixçi- siyasi ekspert Elxan Həsənlidir:
-Elxan bəy, hal-hazırda İsveçrədə nə qədər soydaşımız yaşayır?
-İsveçrədə yaşayan azərbaycanlıların sayı ilə bağlı dəqiq məlumatı yəqin ki, Azərbaycanın İsveçrədəki səfirliyi verə bilər. Mən onu deyə bilərəm ki, Almaniyaya və digər ölkələrlə müqayisədə İsveçrədə yaşayan azərbaycanlıların sayı çox azdır. Məncə, diaspor məsələsində say önəmli deyil. Ermənilərin fəaliyyəti buna nümunə ola bilər. İsveçrədə yaşayan türklərin sayı 100 mindən çoxdur, ancaq İsveçrə erməni soyqırımını tanıyıb. Bu vəziyyət onu göstərir ki, diaspor məsələsində keyfiyyət kəmiyyətdən daha vacibdir. Sayca türklərdən qat-qat az olan erməni diasporu daha effektli fəaliyyət metodları seçib.- Soydaşlarımız təşkilatlana bilirlərmi? Və onların əsas problemləri nədən ibarətdir?
-Təşkilatlanma məsələsinə yanaşmamız ermənilərinkindən çox fərqlidir. Bu işdə son zamanlar bir ajiotaj yaranmışdı, tez də söndü. Azərbaycanlıları ortaq mənafe ətrafında birləşdirəcək bir qüvvə yoxdu. Təəssüf ki, Azərbaycanda olduğu kimi, Avropada da təşkilatlanma müxalifət-iqtidar müstəvisində gedir. Bir qrup mərkəzi hakimiyyətə yaxınlığını, o birisi qrup isə müxalifətə yaxınlığ göstərməyə çalışır. Bu üzdən də ortaq mənafe kölgədə qalır. Bu vəziyyətin qarşısını almaq ücün hökümətimizin, xüsusilə də Diaspor ilə işləyənlərin müəyyən fəaliyyəti nəzərə çarpır, ancaq yetərincə deyil. Bu yöndə yaxşı olardı ki, mövqeyindən asılı olmayaraq, peşəkarlarla işlənsin, onlara dəstək verilsin. Əlbəttə ki, əgər Azərbaycanın maraqları güdülürsə, bunu etmək çətin deyil. -Hansı addımlar atmaq lazımdır ki, avropada Azərbaycan diasporu güclü və üstəlik təsir imkanlarına malik olsun?-Əvvəl də qeyd etdiyim kimi, ermənilərdən çox şey öyrənməliyik. Onların işi nədən ibarətdir? Keçən əsrdə ermənilər küçə taktikasına üstünlük verirdilər. Yəni küçə nümayişləri, piket, terror əsas fəaliyyət metoduydu. Ötən əsrin sonlarından etibarən bu taktikadan imtina olunub. İndi ermənilər yaşadıqları dövlətlərin elitalarıyla işləyirlər. Bura iş adamları, alimlər və digər elm adamları, yazıçılar, bir sözlə bizim başa düşdüyümüz ziyalılar daxildir. Qarabağla bağlı araşdırmalar üçün kredit ayırırlar, əlbəttə ki, ermənilərin marağına xidmət edən araşdırmaları maliyyələşdirirlər. Kitabxanalarda Qarabağ həqiqətlərini təhrif edən çoxsaylı kitablar var.
Bu kitablar da ermənilər tərəfindən deyil, erməni maliyyəsiylə yerli araşdırmaçılar tərəfindən yazılıb. Türk, eləcə də Azərbaycan diasporu hələ də küçə taktikasından əl cəkə bilmir. Bunun səbəbi də təbii ki, hazırlıqsızlıqdır. Digər tərəfdən kifayət qədər maliyyə resursu yox. Bu vəziyyəti düzəltmək üçün Azərbaycan hökümətinin dəstəyi lazımdır. Bəzi hallarda müstəqil soydaşlarımızla işləməkdən çəkinilir. Yəqin ki, kiminsə qəzəbinə tuş gəlməkdən qorxurlar. Hazırlığlı insanlarımızın böyük əksəriyyəti də siyasi proseslərdə neytral mövqe tutmağa çalışırlar. Bu da bəzilərinin xoşuna gəlmir. Sonda da ziyan cəkən Azərbaycan dövləti olur. Bu vəziyyəti aradan qaldırmaq üçün müstəqil insanlarımıza "düşmən" münasibət dəyişməlidir, Qarabağ həqiqətləri qəzet məlumatlarıyla yanaşı, elmi araşdırma formasında yerli ictimaiyyətə çatdırılmalıdır. Bu istiqamətdə iş planı hazırlayıb Azərbaycan hökümətinin müvafiq strukturlarına göndərsəm də, heç bir cavab ala bilmədim. Yəqin ki, müstəqil mövqeyim etibarsız görünür.- Hazırda İsveçrə insanında, media qurum və siyasətçilərində Qarabağ məsələsi ilə bağlı bilgilər varmı?-Əvvəlki illərə münasibətdə bu istiqamətdə köklü dəyişikliklər var, ancaq yetərincə deyil. Məkrli erməni təbliğatının uzun illərdir apardıgı propaqanda öz işini görüb. Xristian kilsəsindən məharətlə istifadə edirlər, azərbaycanlıların müsəlman olduqlarını qabartmaqla bəzi şovinist dairələrin imkanlarından yararlanırlar. Bir çox soydaşlarımızın İsveçrənin kütləvi-informasiya vasitələriylə sıx əlaqələri ümumi işimizə yardım edir. İsveçrənin Azərbaycandakı səfirliyı də bu istiqamətdə bir çox işlər görür. Səfirliyin əməkdaşlarının dəyişdirilməsindən sonra bu istiqamətdə ümidverici addımlar atılır. Lakin bütün bunlar yetərincə deyil, ölkə ictimaiyyətini inandırmaq üçün yerli mütəxəssisləri -tarixçiləri, jurnalistləri öz tərəfimizə çəkməliyik. Bu istiqamətdə demək olar ki, heç bir addım atılmır. Ermənilərin onlarca tarixçiləri birləşdirən forumları var ki, erməni diasporu tərəfindən maliyyələşdirilir, həmin forumları da yerli tarixçilər, tələbələr izləyirlər. Mən də həmin forumları yaxından izləyirəm. Erməni təbliğatını, qondarma soyqırımı ifşa edən məlumatlar dərc etsəm də, az sonra həmin məlumatları forumlardan silirlər, çünki onların mənafeyinə ziddir. Ancaq az da olsa, bir neçə cavab alıram ki, onlar bu vaxta qədər Xocalı soyqırımıyla bağlı məlumatsız olublar, Qarabağın Azərbaycan ərazisi olduğunu bilməyiblər. Bu istiqamətdə çox gücsüzük. Müasir texnologiyanın imkanlarından istifadə etmək üçün hökümətimizin dəstəyinə ehtiyacımız var, ancaq bu dəstəyin veriləcəyinə ümidim azdır. Çünki bu istiqamətdə edilən müraciətlərimiz cavabsız qalır.-Bəs, Güney Azərbaycan haqqında necə…?- Azərbaycanın güneyi ilə bağlı Güney Azerbaycan İstiqlal Partiyasının, eləcə də DAK-ın yerli təşkilatları cox faydalı işlər görürlər.
Yerli ictimaiyyəti məlumatlandırmaq işinə Azərbaycanın quzeyindən olan soydaşlarımızın cəlb olunması işi yaxşı qurulub. İran adlanan ölkədəki son hadisələrlə bağlı yerli ictimaiyyəti məlumatlandırmaq üçün işlər görülür. Bu işlərdə soydaşlarımıza dəstək verməyə çalışırıq. -Bir tarixçi olaraq sizə belə sualımız var ki, son vaxtlar Rusiya Qarabağ münaqişəsi ətrafında fəallışdığı hiss olunur? Belə bir fikir yürüdülür ki, Rusiya münaqişənin həllində tərəfdardır. Sizcə, Kreml nə vaxtsa öz fortpostunu qurban verəcəkmi?-Sözsüz ki, Qarabağ münaqişəsinin alovlanmasında, torpaqlarımızın işğalında Rusiyanın xidməti böyükdür. Bununla belə Rusiyayla münasibətlərin normallaşmasını ancaq alqışlamaq olar. Azərbaycan bütün qonşularıyla normal münasibətlər saxlamalıdır. Rusiyanı Qarabağ məsələsində güzəştə vadar etmək münbit münasibətdən keçir. Bunun ücün onun istədiyi var, bu da Bakı-Ceyhan neft kəməriylə bağlıdır. Bu kəmər üzərində nəzarəti ələ keçirmək istəyir. Ancaq bu iş Azərbaycan hökumətinin səlahiyyətlərini aşır. Bu kəmər üzərində ən azı müştərək nəzarəti əldə etdikdən sonra Rusiya Qarabağda qısamüddətli hərbi əməliyyatların həyata keçirilməsinə icazə verə bilər və bu, heç də fortpostdan imtina demək deyil. Ermənistanın Rusiyadan başqa seçimi yoxdur. Bundan sonrakı iş Azərbaycan ordusunun işidir. İstənilən halda son sözü ordumuz deməlidir. Sözsüz ki, regionda cərəyan edən prosesləri də nəzərə almaq lazımdır. Azərbaycan İsrailin və Ağ Evin İran planlarında əhəmiyyətli yer tutur. Bu üzdən də neft kəmərinin rusların nəzarətinə verilməsi riskli addımdır. Əgər İranla bağlı qərbin planları reallaşarsa, Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə həl olunması istiqamətində real irəliləyiş ola bilər. Molla rejimi ram edildikdən sonra regionda əsas söz sahibi İsrailin timsalında Ağ Evin olması labuddür. İraq məsələsində Ağ Evin yanında yer tutmuş kürdlər mükafatlandırıldığı kimi İran məsələsində də Ağ Evin yanında yer alan tərəf mükafatlandırılacaq. Unutmaq lazım deyil ki, dünya neft-qaz ehtiyatının 30 faizə yaxını İranda yerləşir. Bu sərvət amerikalıların əlinə keçərsə, dünyanın neft qazanında cəmi 4 faizlik payı olan Azərbaycan nefti həlledici amil olmayacaq. Bu üzdən Azərbaycan hökümətinin də manevr imkanları azalacaq. Azərbaycan ücün ən doğrusu, güclünün yanında yer almaqdır. Bu gücün kim olduğu məlumdur. Söhbətləşdi: Elnur Eltürk
İranın neft naziri istefa verdi
Norveç səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran NPT-dən çıxmağa hazırlaşır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
Həmədanda iş qəzaları- 147 nəfər...
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Qazaxıstan Rusiyaya nota verib
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır