SON XƏBƏRLƏR

Cəlal Tələbani Qarabağla bağlı müzakirəyə mane olub

2021.10.20, 07:36
Cəlal Tələbani Qarabağla bağlı müzakirəyə mane olub

Gunaz.tv

GünAzTv: Dünən Parisdə Sosialist İnternasionalının növbəti konfransı keçirilib. konfransında Azərbaycan və Ermənistan nümayəndələrinin çıxışları təxirə salınıb.

Dünən Parisdə Sosialist İnternasionalının növbəti konfransı keçirilib. Konfransda iştirak edən Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadənin verdiyi məlumata görə, konfransa sol təmayüllü təşkilatların rəhbərləri və bir çox ölkənin hökumət nümayəndələri qatılıb. Toplantıda hesabat xarakterli çıxış edən qurumun baş katibi Luis Ayala Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə toxunub. L.Ayala deyib ki, bir müddət öncə Azərbaycan və Ermənistana səfərləri zamanı bu ölkələrin dövlət başçıları ilə keçirdiyi görüşlərdə onların münaqişənin sülh yolu ilə həllinə marağının şahidi olub. L.Ayala qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi həll olunduqdan sonra mütləq qaçqınlar öz evlərinə qayıtmalıdır.

Tədbirdə İraq prezidenti Cəlal Tələbani də çıxış edib. C.Tələbani İraqdakı proseslər, problemlərin həlli istiqamətində atılan addımlar, o cümlədən dünya birliyinin bu ölkədə demokratiyanın formalaşmasına dəstəyi haqqında danışıb.

ASDP sədrinin sözlərinə görə, konfransda onun və "Daşnaksutyun" təmsilçisinin çıxışları nəzərdə tutulsa da, C.Tələbaninin nitqi ayrılan vaxtdan 40 dəqiqə çox çəkdiyindən bu çıxışlar təxirə salınıb. Bu səbəbdən də ASDP-nin və "Daşnaksutyun"un münaqişənin həlli ilə bağlı təklifləri müzakirəyə çıxarılmayıb, həmçinin Dağlıq Qarabağ probleminə dair qətnamə qəbul olunmayıb. //APA

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar