İsfahanda daha bir etirazçı dar ağacından asıldı
İranda qaz çatışmazlığına görə elektrik kəsintiləri artacaq
Ermənistanın Bərdəni ilk dəfə raket atəşinə tutmasından 6 il ötür
Ukrayna MN: Ukrayna Rusiyanın neft emalı gücünün 51 faizini vurub
Ərəb koalisiyası husilərə qarşı mübarizədə Yəmən ordusuna dəstəyi davam etdirəcək
O biri Azərbaycan da İranındır - Rəsul Bərgi
İranın neft naziri istefa verdi
ABŞ bu vaxta kimi hərbi münaqişəyə girməyəcək - Brucerdi
Norveç səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
GünAzTv: Həmsədrlər Vyanada hesabat veriblər; Azərbaycan və Ermənistanın təşkilatdakı səfirləri arasında kəskin debat olub...
Ötən həftə, noyabrın 11-də ATƏT-in Vyanadakı mənzil qərargahında bu təşkilatın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan Minsk Qrupu həmsədrlərinin hesabatı olub. Xəbərlərə görə, ATƏT sədrinin şəxsi nümayəndəsi, Qarabağ münaqişəsi bölgəsində atəşkəsə nəzarət üzrə həyata keçirilən monitorinqlərə başçılıq edən Anjey Kasprşik və Minsk Qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), Bernar Fasye (Fransa), Yuri Popov (Rusiya) təşkilatın fəaliyyətdə olan sədrinə illik hesabatı təqdim ediblər.
GünAzTv mətbuat mərkəzinin “Yeni musavat”-a istinadən yaydığı məlumata görə, Anjey Kasprşik öz çıxışında göstərib ki, ötən ilin noyabrından bu vaxta qədər Ermənistan-Azərbaycan münaqişəsi zonasında, qoşunların təmas xəttində situasiya stabil, ancaq gərgin olub. Xüsusi nümayəndə bu kontekstdə Ermənistan və Azərbaycan prezidentlərinin oktyabrda Həştərxanda imzaladıqları, atəşkəsin qorunmasının vacibliyinin vurğulandığı birgə bəyannamənin mühümlüyünü vurğulayıb. Həmsədrlər isə Ermənistanla Azərbaycan arasında danışıqların təşkilinə dair il ərzində göstərilən fəaliyyətlər barədə məlumat veriblər. Diplomatlar danışıqlar prosesinin indiki vəziyyəti, münaqişənin nizamlanmasına dair əsas Madrid prinsiplərinə dair tərəflərin mövqeləri barədə məlumatları da ATƏT sədrinə çatdırıblar.Daha sonra Azərbaycan və Ermənistanın ATƏT-dəki səfirləri hesabatla bağlı mövqe bildiriblər. Ermənistan səfirindən əvvəl söz alan Azərbaycanın ATƏT-dəki daimi nümayəndəsi Fuad İsmayılov deyib ki, rəsmi Bakı ölkənin ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağ regionuna özünü idarəetmə statusu verməyə hazırdır. Lakin bu status həm azərbaycanlıların, həm ermənilərin haqlarını təmin etməlidir. Daimi nümayəndə deyib ki, Minsk Qrupu həmsədrlərinin hazırda tərəflərlə müzakirə etdiyi həmin modelə görə, regionun statusu gələcəkdə müəyyən olunacaq və bunun üçün obyektiv şərtlər formalaşmalıdır. Yəni işğal edilmiş Azərbaycan əraziləri azad edilməli, məcburi köçkünlər isə öz yerlərinə qayıtmalıdır. Həmçinin kommunikasiya xətləri açılmalıdır. Səfir ATƏT Daimi Şurasının diqqətinə çatdırıb ki, Ermənistan danışıqlarda qeyri-konstruktiv mövqe tutur və razılaşmanın əldə olunması bu səbəbdən baş tutmur. Lakin aparılan müzakirələr hələ münaqişənin nizamlanmasının baza prinsiplərini əhatə edir, yalnız bu mərhələni razılaşdırandan sonra əsas sülh razılaşması üzərində işə başlamaq olar. Səfir birinci mərhələdə müzakirə edilən məsələlərin sonradan əsas sülh razılaşmasının müzakirəsi zamanı yenidən gündəmə gələcəyini nəzərə alaraq təklif edib ki, tərəflərin razılaşma əldə etməsini asanlaşdırmaq, daha effektiv müzakirələrin aparılması üçün məsafəni azaltmaq üçün həmsədrlər səyləri əsas sülh razılaşmasına yönəltsinlər. Diplomat qeyd edib ki, indiki şəraitdə əsas prinsiplərə səyləri yönəltmək effektli olmayacaq.Ermənistanın ATƏT-dəki səfiri Aşot Ovakimyan isə buna cavab olaraq öz çıxışında deyib ki, Azərbaycan faktiki olaraq Minsk Qrupu çərçivəsində aparılan danışıqların formatına qarşı çıxır. Erməni diplomat Azərbaycan nümayəndə heyətinin diqqəti əsas prinsiplərdən ayırıb əsas sülh müqaviləsinə yönəltmək barədə təklifi ilə bağlı Rusiya prezidenti Dmitri Medvedyevin Həştərxan görüşündən sonra verdiyi bəyanatı sitat gətirib. O deyib ki, Ermənistan və Azərbaycan prezidentləri arasında danışıqlarda vasitəçilik edən Rusiya dövlət başçısı tərəflərin dekabrda keçiriləcək ATƏT sammitinə qədər münaqişənin nizamlanmasının baza prinsipləri üzərində işi başa çatdırmaq üçün səyləri artırmaq barədə razılığa gəldiklərini açıqlamışdı. Ovakimyan xatırladıb ki, bu məqsədlə hər üç ölkə xarici işlər nazirlərin intensiv işləmək tapşırığı verilib. “Azərbaycanın ATƏT-dəki daimi nümayəndəsi bu zalda bildirir ki, əsas prinsiplərə dair danışıqlar aktuallığını itirib və onların müzakirəsi vaxt, enerji itkisidir. Necə ola bilər ki, Azərbaycan səfiri prezidentin öz nazirinə verdiyi tapşırığı mənasız sayır?” deyə Ovakimyan bildirib. Erməni diplomat tərəflər arasında etimadın yaranması səylərinə də toxunub və deyib ki, bu istiqamətdə görüləcək tədbirlərə dair çoxsaylı sənədlər qəbul edilib. Ovakimyanın sözlərinə görə, Həştərxanda qəbul edilmiş bəyannamə də etimadın artırılmasının vacibliyini nəzərdə tuturdu, lakin Azərbaycan bunun əleyhinə gedir. “Azərbaycanın ali rəhbərliyinin hərbi ritorikası vəziyyəti gərginləşdirir və danışıqlara mane olur” deyə erməni diplomat iddia edib.Qeyd edək ki, münaqişənin nizamlanmasının baza prinsipləri üzərində danışıqlar 7 ildir davam edir. Baza prinsipləri əvvəlcə “Praqa prosesi” adını alan danışıqlar prosesində müzakirə edilib, sonradan həmsədrlər onları sənəd formasına salaraq “Madrid prinsipləri” adı altında tərəflərə təqdim ediblər. “Madrid prinsipləri”nin bir hissəsi razılaşdırılmış sayılsa da onu qəbul etdirmək mümkün olmayıb, iki il əvvəl sənədin yeni formasını hazırlamaq qərara alınıb, Azərbaycan yenilənmiş Madrid prinsiplərini müəyyən istisnalarla qəbul etdiyini açıqlayıb, ancaq Ermənistan bu günədək təkliflərə rəsmi cavabını vermir. Bu baxımdan Azərbaycanın ATƏT-dəki səfirinin diqqəti baza prinsipləri əvəzində hərtərəfli sülh razılaşmasına yönəltmək barədə çağırışı kifayət qədər maraqlı məqamdır. Doğrudan da baza prinsipləri razılaşdırılsa belə, sonradan onun əsasında yekun sülh razılaşmasını hazırlamaq üçün yenidən danışıqlar aparmaq lazım gələcək. Bu zaman erməni tərəfi istənilən bəhanə ilə yenidən prosesi tormozlaya bilər. Məsələn, baza prinsiplərindən birinə görə Dağlıq Qarabağa müvəqqəti aralıq status verilməlidir. Əgər bu prinsip razılaşdırılmış olsa da erməni tərəfi yekun sülh razılaşmasına dair danışıqlarda aralıq statusun detallarına dair çoxsaylı əngəllər ortaya qoya bilərdi. Eləcə də ətraf rayonların azad edilməsi və qaçqınların qayıtması məsələsində bu cür əngəllər meydana çıxa, nəticədə yenidən danışıqlarda razılaşdırılmış sayılan məsələyə qayıtmaq lazım gələ bilər. Görünür, Azərbaycan səfiri çıxışı olmayan labirintə bənzəyən danışıqlar prosesinə yanaşmanı dəyişməyə çağırmaqda xeyli haqlıdır.Gözlənilir ki, vasitəçilərin Vyanada təqdim etdikləri hesabat əsasında ATƏT-in Astana sammitində Minsk Qrupuna həmsədrlik edən ölkələrin dövlət başçılarının adından birgə bəyanat qəbul ediləcək. Belə görünür ki, cəbhə xəttindəki vəziyyətə və danışıqlar prosesində Ermənistanın davranışlarına bu hesabatlarda da obyektiv qiymət verilməyib. İl ərzində Ermənistan təmas xəttində atəşkəsin pozulmasını intensivləşdirib, bir neçə dəfə Azərbaycan ordusunun mövqelərinə həmlə edib, cəbhə bölgəsinə yaxın ərazilərdə mülki sakinləri atəşə tutub. Ancaq ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik vəziyyətin “stabil” olduğu haqda hesabat verir. ATƏT-in rəsmi saytında yer alan məlumata görə, Kasprşikin ofisinin builki xərcləri üçün təşkilatın büdcəsindən 1 milyon 14 min 800 avro vəsait ayrılıb. Minsk Qrupu həmsədrlərinin builki büdcəsi isə 1 milyon avroya yaxındır.
İranın neft naziri istefa verdi
Norveç səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran NPT-dən çıxmağa hazırlaşır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
Həmədanda iş qəzaları- 147 nəfər...
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Qazaxıstan Rusiyaya nota verib
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır