SON XƏBƏRLƏR

Futbol tamaşaçıları: “Biz qəhrəman Türklərik – Kimsəyə baş əymərik”

2021.10.20, 07:36
Futbol tamaşaçıları: “Biz qəhrəman Türklərik – Kimsəyə baş əymərik”

Gunaz.tv

GünAzTv: Noyabrın 12-i (Abanın 21-i) Təbrizin səhənd stadyomunda (stadion) keçirilən müsabiqədə bir daha futbol tamaşaçıları tərəfindən milli məzmunlu şüarlar səsləndirildi.

 

Elektronik kartlarda yaranan texniki probleme görə, stadyoma buraxılan tamaşaçıların sayı 10000 nəfərdən çox olmasada, soydaşlarımız səsləndirdikləri milli şüarlarla stadyomu lərzəyə gətiriblər.

 

Səsləndirilən şüarlar bunlardan ibarət olub:

 

-         “Biz qəhrəman türklərik – Kimsəyə (farslara) baş əymərik”

-         “Azərbaycan – Yaşasın”

-         “Azərbaycan var olsun – İstəməyən kor olsun”

-         “Təbriz Bakı Ankara – Biz hara farslar hara?!”

-         “Türk dilində mədrəsə - Olmalıdır hər kəsə”

 

Xatırladaq ki, Təbrizin “Şəhrdari” komandası ilə Həmədanın “Pas” taxımı arasında keçirilən futbol yarışı (2 – 2) bərabər hesabla sona çatıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar