SON XƏBƏRLƏR

İranda ŞOK verici ŞİRK

2021.10.20, 07:36
İranda ŞOK verici ŞİRK

Gunaz.tv

GünAzTv: İran Rəsmisi çox marağlı iddiada bulunub. O İran bayrağına təzimi, ALLAHa təzim kimi qiymətləndirib.

 

İran xəbər agentlikləri prezident aparatının Kütləvi İnformasiya Vasitələri şöbəsinə istinadən bildiriblər ki, İsfəndiyar Rəhim Məşayei İranın Milli Tərhi mərasiminin 5-ci mərhələsinin sonunda vətənə eşqi, elm və mərifət baxımından məna edib və bəyan edib ki, hamı İranı bütün yaxşı və pis xatirələri, mirası, təcrübələri, coğrafiyası, qadın və kişisi ilə tanımalıdır.

 

O bildirib ki, vətəni tanımaq bayrağa təzimdə təcəlli tapır. İran bayrağına təzim etmək, insana təzim və nəhayətdə ALLAHa təzim hesab olunur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar