SON XƏBƏRLƏR

Məhkəmə milli-mədəni fəal barəsində hökm çıxarıb

2021.10.20, 07:36
Məhkəmə milli-mədəni fəal barəsində hökm çıxarıb

Gunaz.tv

GünAzTv: Təbrizin İnqilab Məhkəməsi milli-mədəni fəal cənab Hüseyn Məhəmmədi Əlvarı 6 ay şərti həbs və 300 dolar (300 min tümən) pul cəriməsinə məhkum edib.

 

GünAzTv mətbuat mərkəzinin "Araz News"-a istinadən yaydığı məlumata görə, Hökm noyabr ayının 10-da (Abanın 19-u) çıxarılıb. Məhkəmə adını çəkdiyimiz milli-mədəni fəalı sistemin əleyhinə təbliğdə günahlandırıb.

 

Xatırladaq ki, Təbriz sakini cənab Məhəmmədi milli-mədəni fəallardan biridir. O 2010-cu il may ayının 6-ı (Ordibeheştin 16-ı) öz şəxsi evində ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) əməkdaşları tərəfindən tutuqlanıb,  27 gün həbsdə saxlanıldıqdan sonra 30000 dollarlıq (30 milyon tümən) mülki vəsiqə qarşılığında azadlığa buraxılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar