SON XƏBƏRLƏR

İngiltərədə Türkiyə prezidentinə "İlin dövlət adamı" mükafatı verilib

2021.10.20, 07:36
İngiltərədə Türkiyə prezidentinə "İlin dövlət adamı" mükafatı verilib

Gunaz.tv

GünAzTv: Türkiyə prezidenti Abdulla Gülə Böyük Britaniyanın önəmli düşüncə quruluşu olan Beynəlxalq Əlaqələr Üzrə Kral İnstitutu tərəfindən "İlin dövlət adamı" mükafatı verilib.

GünAzTv mətbuat mərkəzinin TRT-yə istinadən yaydığı məlumata görə, Londondakı Kraliyyət salonundakı törənə öncə prezident Gül, daha sonra isə Kraliça II Yelizaveta gəlib. Toplantının önəmli qonaqları iki liderə təqdim edilib.

Daha sonra Abdulla Gül və II Yelizaveta institutun ziyarətçi dəftərini imzalayıblar. Dəvətlilər prezident Gül və Kraliça II Yelizaveta ilə şəkil çəkdirdikdən sonra təqdimetmə mərasimi başlayıb. Dünyada beynəlxalq münasibətlərin inkişafına ən çox töhfə verən dövlət adamına verilən mükafat Abdulla Gülə İngiltərə Kraliçası II Yelizaveta tərəfindən təqdim edilib

Abdulla Gül təqdimetmə mərasimində "Bu mükafatı böyük bir qürur və təvazökarlıqla ölkəm və insanlarım adına alıram. Mükafatın Türkiyənin son illərdə göstərdiyi iqtisadi uğuru təsdiqlədiyini diqqətinizə çatdırmaq istəyirəm" deyib.

Qeyd edək ki, Abdulla Gül bu müklafata İraqdakı müxtəlif qrupları və kəsimləri bir araya gətirmək, Pakistan-Əfqanıstan əlaqələri, Yaxın Şərqdəki müzakirə prosesi, Afrika ilə münasibətlər və Türkiyə-Ermənistan əlaqələrinin normallaşdırılması kimi məsələlərdə göstərdiyi səylərə görə layiq görülüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar