İsfahanda daha bir etirazçı dar ağacından asıldı
İranda qaz çatışmazlığına görə elektrik kəsintiləri artacaq
Ermənistanın Bərdəni ilk dəfə raket atəşinə tutmasından 6 il ötür
Ukrayna MN: Ukrayna Rusiyanın neft emalı gücünün 51 faizini vurub
Ərəb koalisiyası husilərə qarşı mübarizədə Yəmən ordusuna dəstəyi davam etdirəcək
O biri Azərbaycan da İranındır - Rəsul Bərgi
İranın neft naziri istefa verdi
ABŞ bu vaxta kimi hərbi münaqişəyə girməyəcək - Brucerdi
Norveç səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
GünAzTv Mətbuat Mərkəzinin növbəti müsahibi Türkiyənin TOBB Ekonomi və Texnoloji Universitetinin müəllimi, siyasi elmlər doktoru, politoloq Toğrul İsmayıldır.
-Ermənistan-Azərbaycan prezidentləri arasında imzalanan Həştərxan bəyanatı, münaqişənin həll olunması yolunda presedent ola bilərmi?
-Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin oktyabrın 27-də Rusiyanın Həştərxan şəhərində keçirilən görüşdə prezidentlər İlham Əliyev, Dmitri Medvedyev və Serj Sarkisyan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması məsələsini nəzərdən keçiriblər və birgə bəyannamə qəbul ediblər. Görüşdən sonra jurnalistlərə açıqlama verən Rusiya prezidenti bildirib ki, sənəd qarşılıqlı etimadın möhkəmləndirilməsini, hərbi əsirlərin dəyişdirilməsini və həlak olanların meyitlərinin qaytarılmasını nəzərdə tutur. Eyni zamanda, yeni bəyannamədə dövlət başçıları Moskvada 2008-ci ilin noyabrın 2-də imzaladıqları birgə bəyannamənin müddəalarını bir daha təsdiqləyərək qeyd ediblər ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, atəşkəs rejiminin möhkəmləndirilməsi və hərbi sahədə qarşılıqlı etimadın artırılması istiqamətində səyləri gücləndirmək zəruridir. Bu ilin əvvəllərində belə bir üçtərəfli görüş Rusiyanın Sankt-Peterburq şəhərində yenə də Moskvanın təşəbbüsü ilə keçirilmişdi. Ondan sonra – yəni iyul ayında Qazaxıstanın Almatı şəhərində ATƏT ölkələri xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısı çərçivəsində keçirilən görüşdə bəlli olmuşdu ki, Ermənistan Sankt-Peterburqa qədər olan razılaşmalardan təxminən imtina edir və Rusiyada irəli sürülən yeni şərtlər ətrafında danışıqlara tərəfdardır. Azərbaycan rəsmiləri prezidentlərinin Həştərxanda keçirilmiş son görüşünü “müsbət” olaraq qəbul edilməsinin tərəfdarıdırlar. Eyni zamanda, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan da, Ermənistan, Azərbaycan və Rusiya prezidentlərinin Həştərxandakı üçtərəfli görüşünü vacib və faydalı olaraq dəyərləndirib. Onun sözlərinə görə, prezidentlər Dağlıq Qarabağ probleminin nizamlanmasının detallarını müzakirə ediblər. Erməni nazir də görüşdə hərbi əsirlərin və meyitlərin dəyişdirilməsi barədə razılığa əldə olunduğunu vurğulayıb. Hər iki ölkənin xarici işlər nazirləri bildiriblər ki, onlara işləri davam etdirmək və ATƏT-in Astana sammitinədək əsas həll prinsipləri ətrafında razılığa gəlmək tapşırılıb. Burada bir məqama diqqətinizi çatdırmaq istəyirəm, Azərbaycan, Rusiya və Ermənistan prezidentləri ilk təxirəsalınmaz addım kimi ATƏT-in Minsk qrupu həmsədrlərinin, Beynəlxalq Qızıl Xaç Komitəsinin iştirakı ilə hərbi əsirlərin dəyişdirilməsinə və həlak olanların meyitlərinin verilməsinə razılaşıblar və bunun da nəticəsini gördük. Yuxarıda qeyd etdiklərim bir daha bunu sübut edir ki, prezidentlərin Həştərxan görüşündə tərəflər əsas humanitar xarakterli razılaşma imzalayıblar. Buna görə, Beynəlxalq Qızıl Xaç Komitəsinin və ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə tərəflər təxirəsalınmaz olaraq hərbi əsirlərin və meyitlərin dəyişdirilməsini həyata keçirirlər. Onu da qeyd etmək lazımdır ki, son zamanlar bölgədə ciddi hər hansı bir dəyişiklik baş verməyib. Ona görə də Həştərxan görüşündən Qarabağ probleminin həlli yolunda real nəticə gözləmək doğru deyil və düşünmürəm ki, bunun nəticəsində də məhz bu dəfə Rusiya Ermənistana təzyiq göstərəcək.
-Maraqlı olan odur ki, nə üçün belə bəyanatlar Amerikanın təşəbbüsü ilə imzalanmır?
-Bu cür görüşmələr Rusiyanın bölgəmizdə nə qədər güclü və təsirli bir qüvvə olduğunu bir daha təsdiqləyir. Ona görə də ABŞ regionda fəaliyyəti bu təsiri diqqətə almadan mümkün deyildir. 2008-ci ilin avqust hadisələri bu gücün nə qədər acımasız və kontrolsuz olduğunu sübut etdi. Amerika bölgədə hələ tam nəzarəti ələ keçirə bilmədiyindən, bu cür bəyanatların onun təşəbbüsü ilə imzalanmadığının müəyyən bir müddət şahidi olacayıq. Onu da xatırlatmaq istəyirəm ki, dekabrda ATƏT-in Astanada zirvə toplantısı olacaq. Ona görə də, İlham Əliyevlə Serj Sarkisyanın Dmitri Medvedevin iştirakı ilə Həştərxanda görüşü səbəbsiz deyildi. Burada iki əsas məqama diqqət yerirmək lazimdir: birincisi, Rusiya Cənubi Qafqazdakı məsələlərin, o cümlədən, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının hələ də ona məxsus olduğunu göstərməyə çalışır. İkincisi, Astanada zirvə toplantısı ərəfəsində Qərbə mesaj yollayır ki, bu dövlətlər bu bölgədə çox da aktiv olmasınlar, və ya ən azından onunla hesablaşsınlar.
-Sizcə, münaqişənin həlli məsələsi nə qədər rəsmi Kremlidən aslıdır?
-Bölgədəki bütün münaqişələri Rusiya özü yaratdığı üçün, onlarin həllinin açarı da ondadır. Bu münaqişələrin yaranmasının və davam etməsini məqsədi, Rusiyanın bölgədə hegemoniyasını qoruyub saxlamaqdır. Bu məsələ, eyni zamanda, münaqişələrin nə üçün həll olunmadığını və problemin uzanaraq davam etməsinin səbəbini açıqlayır. Onu bildirim ki, Amerika Birləşmiş Ştatların Dövlət Departamentinin Rusiya prezidentinin tərəflər arasında sülhə nail olmaq istiqamətində səylərini yüksək qiymətləndirir və Həştərxan görüşündən məmnun qaldığını açıqlayıb. ABŞ görə, əsirlərin qaytarılmasını nəzərdə tutan sənəd etimadı möhkəmlətməklə yanaşı müsbət irəliləyişlərə də imkan verəcək. Bir daha vurğulanıb ki, Amerika əldə olunan razılığın yaxın vaxtlarda icra olunacağına ümid bəsləyir. Rəsmi Moskva isə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün səyləri davam etdirmək niyyətindədir. Kremlin açıqlamasında deyilir ki, Həştərxan görüşü üç ölkə ilderinin iştirakı ilə aparılan sayca yeddinci danışıqlardır və Moskvanın Ermənistan və Azərbaycanın mövqelərini yaxınlaşdırmaq əsas məqsəddir. Rusiya tərəfinin bu açıqlaması bəzi məqamlara aydınlıq gətirir. Rusiyalı rəsmilər, prezident Medvedevin ona heç bir divident gətirməyən bu işə şüurlu şəkildə getdiyini və bu işin bundan sonra da davam etdiriləcəyini ifadə edirlər. Ən əsası isə Moskva hər görüşdən hansısa böyük nəticələr gözləməyin mənasız və qeyri-real olduğunu ifadə edir. Bu da Rusiyanın Qarabağ probleminin həllində nə qədər “tələsdiyinin” açıq göstəricisidir. Onlara görə, məsələnin əsas əhəmiyyəti Qafqazda sabitlik, sakitlik və yaxın qonşular olan Ermənistanla Azərbaycanın münasibətlərdəki normal sistemə qaytarılmasıdır. Kremlin açıqlamasında belədir. Minsk qrupunun digər həmsədr ölkəsi Fransa da Həştərxanda qəbul edilən bəyannaməni münaqişənin həlli istiqamətində irəliyə doğru addım kimi dəyərləndirib. ATƏT-in Bakı ofisi də «Azərbaycan-Rusiya-Ermənistan prezidentlərinin Həştərxanda keçirilən görüşünün Dağlıq Qarabağ münaqişəsinin həllində mühüm addım» olduğunu bəyan edib. ATƏT-ə sədrlik edən Qazaxıstanın parlamentinin sədri Ural Muxamedxanov isə bildirib ki, Astana Dağlıq Qarabağ münaqişəisnin həllinə xüsusi səy göstərir və bütün münaqişələrin dinc yolla həllini dəstəkləyir. Azərbaycan Xarici İşlər Naziri Elmar Məmmədyarov, Qazaxstanın paytaxtı Astanada keçiriləcək ATƏT zirvəsinin Dağlıq Qarabağ probleminin həllində dönüş nöqtəsi ola biləcəyini ifadə etsə də, bu çərçivədə prezidentlərin nəzərdə tutulan görüşündə hər hansı nəticə gözlənilib-gözlənilmədiyinə barədə, Azərbaycan Prezidenti Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev əvvəldən proqnoz verməyin çətin olduğunu bildirmişdir.
-Erməni ekspertləri Rusiyanı Ermənistanı milli maraqlarını satmaqda günahlandırırlar. Xüsusilə, erməni politoloqu Muradyan qələmə aldığı məqaləsində Rusiyanı bölgədə regional maraqlarını gerçəkləşdirmək üçün, gec-tez İrəvanı qurban verəcəyini bildirir. O, Ermənistanı Amerikanın təsir dairəsinə düşücəyini iddia edir. Doğrudanmı, rəsmi Kremlidən belə bir addım gözləmək olar?
-Rusiyanın Ermənistanı milli maraqlarını görə satmaqda günahlandırmağa gəlincə bunu qeyd etmək lazımdır ki, bu cür dəyərləndirmələr hay küydən basqa bir şey deyil. Birincisi, ona görə ki, Rusiyanın regionda esas istinad bazası Ermenistandir. İkincisi, isə bu superdövlət bölgədə üzdəniraq qonşumuzun deyil, hər zaman öz maraqlarını qorumuşdur. Tarixi həqiqətlər bunu sübut etməkdədir. Hələ Çarlıq Rusiyası zamanında ermənilərə yenicə köçürdüb yerləşdirdiyi türk torpaqlarında muxtariyyət vəd etsə də, reallıqda bunu heç zaman etməmişdir. Rusiya ermənilərdən hər zaman bölgədə öz maraqlarını təmin etmək üçün istifadə etmişdir. Və lazım gələrsə, onları öz maraqları doğrultusunda qurban da edə bilər. Ağlı başında olan erməni ekspertləri bunu yaxşı bilirlər. Çünki rəsmi Kreml bölgədə ermeni maraqlarına xidmət etmir, tam əksinə ermənilərdən öz maraqlarının reallaşması üçün istifadə edir. Onu da qeyd edim ki, Ermənistanın gec-tez Amerikanın təsir dairəsinə düşücəyi gözlənilən hadisədir. ABŞ bütün gücü ilə bunun üçün çalışır. Amma, bu iddia edildiyi kimi, Rusiyanın İrəvanı qurban verməsi nəticəsində deyil, bu ölkənin bölgədə gücünün azalması nəticəsində gərçəkləşə bilər. Qeyd edəlim ki, bu cür dəyişiklik bölgədə problemlərin heç də azalması demək deyildir. Çünki ermənilər hər zaman böyük güçlərin əlində rahatlıqla oyuncağa çevrilirlər. Bu güclər də asanlıqla onlardan öz mərkli məqsədləri üçün istifadə etmişlər. Tarix buna şahiddir.
Söhbətləşdi: Elnur Eltürk
İranın neft naziri istefa verdi
Norveç səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
İran NPT-dən çıxmağa hazırlaşır
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
Həmədanda iş qəzaları- 147 nəfər...
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Qazaxıstan Rusiyaya nota verib
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır