SON XƏBƏRLƏR

Azərbaycan Prezidentinin çıxışı Ermənistanı təşvişə saldı

2021.10.20, 07:36
Azərbaycan Prezidentinin çıxışı Ermənistanı təşvişə saldı

Gunaz.tv

GünAzTv: Prezident İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin diplomatik imkanlar tükəndikdən sonra hərb yolu ilə həllindən danışması Ermənistan cəmiyyətini təşvişə salıb.

Ölkə mətbuatı diqqəti ali baş komandanın bəyanatına yönəldib. Erməni müxalifəti də narahatlığını gizlətməyib. Hökuməti tənqid edən Erməni Milli Konqresi uğursuzluqların əsas səbəbi kimi prezident Serj Sarkisyanın qeyri-prinsipial və siyasi iradəsizliyini göstərib. Ali baş komandan İlham Əliyevin milli qəhrəman Mübariz İbrahimov və baş leytenant Fərid Əhmədovun vida məraismindəki çıxışı erməniləri təşvişə salıb. Erməni mətbuatında yer alan yazılarda Azərbaycan prezidenti yenidən Dağlıq Qarabağ münaqişəsinin müharibə yolu ilə həllindən danışdı» ifadəsi xüsusi qeyd olunub. Dövlət başçısının «İmitasiya ilə məşğul olmaq üçün danışıqlar prosesini aparmayacağıq və Ermənistana da bunu etməyə imkan verməyəcəyik» bəyanatı ciddi narahatlığa səbəb olub.

Ermənistan parlamentinin üzvü, Daşnaksütyun partiyasının təmsilçisi Qrayr Karapetyan diqqəti erməni ordusundakı vəziyyətə yönəldərək bildirib ki, gənclərin orduya cəlb olunması üçün təbliğat işlərini gücləndirmək lazımdır. Yayılan məlumata görə, Ermənistan prezidenti Serj Sarkisyan yenidən Rusiyaya səfər etməyə hazırlaşır. Görünür, səfərin əsas məqsədi yalnız erməni mətbuatının yazdığı kimi, Rusiya Erməniləri İttifaqının 10 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək deyil. Serj Sarkisyan rusiyalı həmkarı Dmitri Medvedevlə görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsləhətləşmələr aparacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar