İsfahanda daha bir etirazçı dar ağacından asıldı
İranda qaz çatışmazlığına görə elektrik kəsintiləri artacaq
Ermənistanın Bərdəni ilk dəfə raket atəşinə tutmasından 6 il ötür
Ukrayna MN: Ukrayna Rusiyanın neft emalı gücünün 51 faizini vurub
Ərəb koalisiyası husilərə qarşı mübarizədə Yəmən ordusuna dəstəyi davam etdirəcək
O biri Azərbaycan da İranındır - Rəsul Bərgi
İranın neft naziri istefa verdi
ABŞ bu vaxta kimi hərbi münaqişəyə girməyəcək - Brucerdi
Norveç səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
GünAzTv: 2009-cu ilin yayında Rusiya Gürcüstana hərbi müdaxilə edəndən sonra Tehran Tbilisiyə (Tiflis) Moskvanın gözü ilə baxırdı. Hətta o zaman İran hakimiyyəti Rusiyanın işğal etdiyi Abxaziya və Cənubi Osetiyanın müstəqiliyini də tanımağa hazırlaşırdı.
Çünki həmin olaylar zamanı Tehran rəsmi şəkildə Gürcüstan hakimiyyətinin «günahkar» sayaraq, gürcüləri Abxaziya və Cənubi Osetiyaya «təcavüz»də qınadı.
Atom-nüvə proqramı ilə bağlı məsələdə Kreml İran hakimiyyətinin arxasından bir az aralanan kimi (əsasən Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının sonuncu, 4-cü qətnaməsindən sonra) Tehran Moskvaya yönəli siyasətində müəyyən korrektələr etməyə başladı. Bu özünü İranın Gürcüstana siyasətində göstərməkdədir.
Yeri gəlmişkən ötən həftə Gürcüstanda səfərdə olan İranın xarici işlər naziri Mənuçehr Müttəkinin iştirakı ilə Acarıstan Muxtar Respublikasının paytaxtı Batumi şəhərində İranın baş konsulluğunun açılışı olub.
Baş konsulluq binasının açılışında Mənuçehr Müttəki ilə yanaşı, İranın Gürcüstandakı səfiri Məcid Səmədzadə -Sabiri, Gürcüstan xarici işlər nazirinin müavini Aleksandr Nalbandov, Acarıstan Muxtar Respublikasının rəhbəri Levan Varşalomidze də iştirak ediblər.
M. Sabir jurnalistlərə açıqlamasında Batumidə İran baş konsulluğunun fəaliyyətə başlamasını yüksək qiymətləndirdiyini vurğulayıb: “Baş konsulluğun fəaliyyətə başlaması Tehranla Tbilisi arasındakı münasibətlərin hərtərəfli inkişafı üçün yardım göstərəcək”.
Bundan başqa Gürcüstanla İran arasında vizasız gediş-gəliş rejiminin tətbiq olunması haqda saziş imzalanıb.
Sazişi Tbilisidə rəsmi səfərdə olan İranın xarici işlər naziri M. Müttəki ilə Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze imzalayıblar.
Elə bu təntənələrdən sonra Tiflisdə 150 qram zənginləşdirilmiş uranı 1,5 milyon dollara satmaq istəyən Ermənistan vətəndaşları tutulub.
Lent.az-ın “Rustavi-2” telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Siqaret qutularında gizlədilən uran Gürcüstana taksi ilə gətirilib. Daha sonra bu yük Tbilisi dəmir yol vağzalına aparılıb və burada yük saxlama kamerasının bir bölməsində yerləşdirilib.
Baş vermiş bu olayla bağlı ehtimallarda yox deyil. Ehtimal olunur ki, Tehran hakimiyyəti atom nüvə texnologiyası ilə bağlı məsələdə əvvəllər də ermənilərdən yararlanıb. Ancaq Rusiyaya zərbə vurmaq üçün bu dəfə «tədarükçünü» gürcülərə təhvil verməklə Tbilisi ilə münasibətdə səmimi olduğunu sübut etməyə çalışır. Yaxud İran hakimiyyəti bu sahədə Gürcüstanın uyğun qurumları ilə əməkdaşlıq edərək, beynəlxalq ictimaiyyətə «uran qaçaqmalçıları» ilə «işləmədiyin» nümayiş etdirməyə cəhd göstərir.
Xatırladaq ki, Beynəlxalq ictimaiyyəti narahat edən başlıca məsələlərdən biri atom silahının terrorçu qrupların əlinə keçməsidir. Bir neçə ay öncə ABŞ-ın müdafiə naziri Robert Geyts ölkə telekanalarına müsahibəsində bildirmişdi ki, onlar İranın atom silahı əldə edə bilməyəcyi qənaətindədirlər: «Biz belə hesab edir ki, onlar hələ nüvə silahı əldə etməyə qadir deyillər».
Dövlət katibi Hillari Klinton onu söylədkilərini təsdiqləyərək, İslam Respublikasının atom silahı əldə etməməsi Vaşinqtonun əsas hədəfi olduğunu söyləmişdi : «Soyuq savaşdan» qalma nüvə müharibəsi təhlükəsi artıq azalıb. Ancaq nüvə terrorçuluğu təlükəsi qalmaqdadır».
Bu sayaq rahatsızlıq əsassız deyil. Son zamanlar uran qaçaqmalçılığına dair xəbərlər yayılmaqdadır.
O, ərəfədə İngiltərədə çıxan «Qardian» qəzeti bildirmişdi ki, Gürcüstanın təhlükəsizlik qüvvələri yüksək səviyyədə zənginləşdirilmiş uranın «qara bazarda» satılmasının qarşısını alıb.
Qurum təmsilçisinin sözlərinə görə, hələ bu ilin martında 70 faiz zənginləşdirilmiş uranı satmaq istğəyənlə təmasa giriblər. Müsadirə olunmuş uranın laborator analizi yaxın ünlərdə başa çatacaq, bununla belə mütəxəssislər hesab edir ki, ondan bəsit nüvə silahı hazırlamaq mümkündür.
Qəzetin yazdığına əsasən, Gürcüstan təhlükəsizlik orqanları qaçaqmalçıların əlində olan uranının çox cüzi hissəsini müsadirə edib, nüvə texnologiyasında istifadə olunan materialların böyük hissəsi hələ də belə cinayət qurplardadır. Uranın mənşəyi və qaçaqmalçıların adları hələ açıqlanmır. «Gürcüstan Daxili İşlər Nazirliyi bildirib ki, son on ildənüvə silahı üçün uranın satışı 8-ci cəhddir»-deyə, «Qardian» yazıb.
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Yukio Amano Bi-Bi-Si-yə müsahibəsində bəyan etmişdi : «Nüvə və radioaktiv materialları yetərincə qorunmur. Orta hesabla hər iki gündən bir biz nüvə materiallarının oğurlanması və ya qaçaqmalçılığı ilə bağlı məlumat alırıq».
Ameikanın terrorçuluğa qarşı mübarizədə tanınan mütəxəssisi Con Brennan xəbərdarlıq edərək, bildirib ki, nüvə silahı əldə etmək üçün «əl-Qaidə» 15 ildən artıq müddətdə cəhd göstərir : «Son 8-9 il ərzində onların bu istqamətdə çeşidli materiallar almağa cəhd etdikləri haqda məlumatlar olub. «əl -Qaidə» bir neçə dəfə belə sövdələşmədə iştirak edib və onları dəfələrlə aldadıblar» .
Hazırda dünyada silah istehsalında istifadə oluna bilcək 1600 ton zənginləşdirilmiş uran var. Bundan başşqa 500 ton atom silahının əsas tərkibi sayılan plutonium mövcuddur. Bu qədər materialla isə 120 min nüvə başlığı hazırlamaq olar. Sədrəddin Soltan
İranın neft naziri istefa verdi
Norveç səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
İran NPT-dən çıxmağa hazırlaşır
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
Həmədanda iş qəzaları- 147 nəfər...
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Qazaxıstan Rusiyaya nota verib
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır