SON XƏBƏRLƏR

Almaniyada Urmu Gölü ilə bağlı Etiraz Kampaniyası keçiriləcək

2021.10.20, 07:36
Almaniyada Urmu Gölü ilə bağlı Etiraz Kampaniyası keçiriləcək

Gunaz.tv

GünAzTv: Almaniyanın Heydelberg şəhərində yaşayan bir qrup azərbaycanlı Urmu gölünü qurumaqdan qurtarmaq məqsədilə etiraz kampaniyası keçirəcəklər.

 

Məlumatda deyilir: son yüz ildə İranda Azərbaycan türkləri müxtəlif siyasi, iqtisadi və mədəni sahələrdə ayrı-seçkiliklə üzləşmişlər. Hal-hazırda isə milli ayrı-seçkilik özünü ətraf mühitlə bağlı məsələlərdə büruzə verib. Dünyanın ən böyük şor gölü olan Urmu gölünün qurumasına laqeydliyə etirazlar geniş vüsət alsa da İran rejimi bu məsələyə ciddi önəm vermir və Güney Azərbaycan ciddi ekoloji faciə ilə üz-üzə qalıb. Xatırladaq ki, Urmu gölünün qurumasında əsas amil İran dövlətinin yanlış layihələri olmuşdur.

 

Kampaniya təşkilatçıları dünya ictimaiyyətinin Urmu Gölünün qurumasından doğan faciələrə diqqətini çəkmək üçün, bütün Azərbaycan sevər soydaşlarımızı və digər təbiətsevər insanları adını çəkdiyimiz  yığıncağa qatılmağa çağırır.

 

Zaman: 2010-cu il noyabr ayının 11-ı , saat 13:00-dan 16:00-ya qədər

Məkan: Bismarck platz – Heidelberg 69117

Heidelberg  Azərbaycan Cəmiyyəti

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar