SON XƏBƏRLƏR

Dövlət rəsmisi vətənpərvər azərbaycanlıları casus adlandırdı

2021.10.20, 07:36
Dövlət rəsmisi vətənpərvər azərbaycanlıları casus adlandırdı

Gunaz.tv

GünAzTv: Güney Azərbaycanın Tikantəpə (Tikab) şəhərində Azərbaycan türk millətinin kimliyinə qarşı edilən cəhdlər dəvam etməkdədir.

 

Tikantəpə İcra Hakimiyyətinin (Fərmandarİ) Siyasi-təhlükəsizlik üzrə sədr müavini Əbülfəz Bədəxşi millətimizin milli kimliyi uğrunda fəaliyyət edən soydaşlarımızı Sovet İttifaqı (Məqsəd Azərbaycan Respublikasıdır) və Türkiyəyə casusluqda ittiham edib.

 

Bədəxşi müəllimlərin qarşısında çıxış edərək bildirib ki, onlar pantürkistdirlər. Məktəb mühitində pantürkizm cərəyanlarının (türkcə danışmaq nəzərdə tutulur) qarşısı şiddətlə alınmalıdır.

 

Adını çəkdiyimiz İran rəsmisi həmçinin Müəllimləri xəbərdar edib ki, heç bir şəraitdə tələbələrlə türk dilində danışmasınlar.

 

Qeyd edək ki, İran İslam Respublikasının qurucusu Ruhullah Xomeyninin əsas şüarlarından birisi bundan ibarət idi ki, “Bizim inqilabımız mədəni inqilabdır”. Ancaq özünü Xomeyni əsgəri hesab edən, öz ana dili olan türk dilini yasaqlamağa çalışan Əbulfəz Bədəxşi görəsən nə üçün Xomeyninin bu şüarını unudub?! Yəqin ki Xomeyni o şüarı fars mədəniyyəti üçün deyib və türk mədəniyyəti araya gəlincə o şüarda keçərsiz olur!

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar