SON XƏBƏRLƏR

Yunis Süleymani müvəqqəti azadlığa buraxılıb

2021.10.20, 07:36
Yunis Süleymani müvəqqəti azadlığa buraxılıb

Gunaz.tv

GünAzTv mətbuat mərkəzinin “Öyrənci” saytına istinadən yaydığı məlumata görə, azərbaycanlı öyrənci fəal cənab Yunis Süleymani müvəqqəti azadlığa buraxılıb.

 

Süleymani 166 gün həbsdə saxlanıldıqdan sonra mülki vəsiqə qarşılığında Təbriz zindanından azad edilib.

 

Adını çəkdiyimiz milli-mədəni fəal Azərbaycanın tanınmış öyrənci fəallarından sayılır. O Həmədanın Buəli Sina univerisitetinin öyrəncisi və “Ildırım” öyrənci dərgisinin sabiq məsuludur.

 

Cənab Süleymani 2010-cu il iyun ayının 17-i (1389-cu il xordad ayının 27-i) Ərdəbilin Hüseynabad məhəlləsində öz ata evində yaxalanıb və Təbriz ETTELAATına (İran Kəşfiyyat Nazirliyi) aparılıb.

 

Xatırladaq ki, cənab Süleymani həbsdə qaldığı müddətdə elektrik şok və işgəncələr altında ürək krizi keçirib və sağlamlığını itirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar