SON XƏBƏRLƏR

Qardaş ölkənin Iğdır şəhərində Xocalı qətliamı ilə bağlı tamaşa hazırlanıb

2021.10.20, 07:36
Qardaş ölkənin Iğdır şəhərində Xocalı qətliamı ilə bağlı tamaşa hazırlanıb

Gunaz.tv

GünAzTv: Əsasız Erməni İddiaları ilə Mübarizə Dərnəyi İqdırda Xocalı qətliamı ilə bağlı tamaşa hazırlayıb. Tamaşada Xocalı qətliamını əks etdirən fotoşəkillər də nümayiş etdirilib.

 

Erməni rəsmilərinin mühakimə edildiyi tamaşa «Vicdan məhkəməsi» adı ilə nümayiş etdirilib. İqdırlı gənclərin də dəstək verdiyi aksiyanın məqsədi Xocalı soyqrımı və ümumilikdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasıdır.

 

GünAzTv mətbuat mərkəzinin İTV-yə istinadən yaydığı məlumata görə, Mərkəzi meydanlardan birində nümayiş etdirilən tamaşada Xocalı qətliamını əks etdirən fotoşəkillər də nümayiş etdirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar