SON XƏBƏRLƏR

Amerikada türk ölkələrinin xarici işlər nazirləri arasında görüş keçirilib

2021.10.20, 07:36
Amerikada türk ölkələrinin xarici işlər nazirləri arasında görüş keçirilib

Gunaz.tv

GünAzTv: Azərbaycan XİN rəhbərinin də iştirak etdiyi görüş barədə hələlik açıqlama verilməyib.

 

 BMT Baş assambleyasının 65-ci sessiyasında iştirak etmək üçün Nyu Yorkda olan Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu türk ölkələrinin Xarici işlər nazirləri ilə görüşüb. 

 

Nyu Yorkdakı “Türk evi”ndə həyata keçirilən görüşdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov, Qazaxıstan xarici işlər naziri Kanat Saudabayev, Qırğızıstan xarici işlər naziri Ruslan Kazakbayev iştirak edib.

 

Hələlik görüşün detalları barədə açıqlama verilməyib. Əhməd Davudoğlu daha sonra Fələstinlilərə yardım və işin tapılması üzrə agentliyin komissarı Filippo Qrandi ilə görüşüb. Türkiyəli nazirin bu gün ABŞ-ın (Amerika Birləşmiş Ştatları) Əfqanıstan və Pakistan üzrə xüsusi nümayəndəsi, habelə Pakistan və Çinin xarici işlər nazirləri ilə görüşü gözlənilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar