SON XƏBƏRLƏR

Tehranda “Yaşıl hərəkat”-a növbəti dəfə dəstək aksiyası keçirilib

2021.10.20, 07:36
Tehranda “Yaşıl hərəkat”-a növbəti dəfə dəstək aksiyası keçirilib

Gunaz.tv

GünAzTv: Sentyabrın 20-si axşam saat 22-dən 23-ə qədər paytaxtdakı evlərin damlarında İrandakı “yaşıl hərəkat” rəhbərlərinə (Mirhüseyn Musəvi, Mehdi Kərrubi və Məhəmməd Xatəmi) dəstək aksiyası keçirilib.

 

GünAzTv mətbuat mərkəzinin “Media forum” saytına istinadən yaydığı  məlumata görə, damlara çıxan vətəndaşlar “Allahu əkbər”, “Diktatora ölüm”, “İstibdada ölüm”, “Ya Hüseyn, Mirhüseyn”, “Yaşasın Musəvi ilə Kərrubi” və digər şüarlar səsləndirərək dinc müxaliflərə təqibləri dayandırmağı tələb ediblər.

 

Paytaxtın bəzi məntəqələrində İranın dini rəhbəri Əli Xamneyi və prezident Mahmud Əhmədinejada qarşı şüarlar səsləndirildiyi, avtomobillərin ardıcıl siqnalla aksiyaçılara dəstək verdiyi vurğulanır.

 

Hökumət qüvvələri bəzi məntəqələrdə, o sıradan Tehranpars, Zəfər küçəsi, Mirdamad, Kövsər şəhərciyi, Səadətabad və Kac meydanındakı bir sıra yaşayış binalarına daxil olub aksiyanı dayandırmağa cəhd göstərsələr də, buna nail ola bilməyiblər. Aksiyaçılardan kimlərinsə tutulub-tutulmaması barədə məlumat yoxdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar