SON XƏBƏRLƏR

Əhmədinejad Amerikada aksiyalarla qarşılanıb

2021.10.20, 07:36
Əhmədinejad Amerikada aksiyalarla qarşılanıb

Gunaz.tv

GünAzTv: BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün Nyu-Yorka səfərə gedən İran prezidenti Mahmud Əhmədinejadın əleyhinə ABŞ-da (Amerika Birləşmiş Ştatları) kütləvi aksiyalara start verilib.

 

Mühacirətdəki iranlılar əvvəlcədən bəyan etmişdilər ki, Nyu-Yorkda Əhmədinejada qarşı aksiyalar keçirəcəklər.

 

Sentyabrın 19-da Nyu-Yorkun mərkəzində yerləşən “Central park”da yüzlərlə aksiyaçı toplaşaraq İran prezidentinin Nyu-Yorka səfərinə etiraz bildiriblər. Əllərində müxtəlif plakatlar gəzdirən aksiyaçılar İran hökumətinə, eləcə də Əhmədiejada qarşı şüarlar səsləndirərək İrandakı dinc müxaliflərə qarşı təzyiq, qətl, işgəncə və təcavüzün dayandırılmasını tələb ediblər.

 

Bəzi aksiyaçılar İranda söz azadlığına qoyulan qadağalara etiraz olaraq aksiyaya ağzıbağlı qatılıblar.

 

“Əhmədnejada yox” kampaniyasının və Nyu-Yorkdakı aksiyanın fəal iştirakçısı Səhənd Xoşbatin jurnalistlərə açıqlamasında deyib: “Biz İranda indiki hakimiyyətin dəyişdirilməsini və demokratik sistemin qurulmasını, eləcə də ölkədə demokratiyanın bərqərar olunmasını tələb edirik. Bu həm də İran xalqının tələbidir”. Media forum

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar