SON XƏBƏRLƏR

Həbsdə saxlanılan Milli-mədəni fəallara işgəncə verilir

2021.10.20, 07:36
Həbsdə saxlanılan Milli-mədəni fəallara işgəncə verilir

Gunaz.tv

GünAzTv: Azərbaycan milli kimliyi uğrunda apardığı dinc mübarizəyə görə tutulmuş şəxslərin işgəncələrə məruz qalması haqda yeni xəbərlər yayılıb.

GünAzTv mətbuat mərkəzinin “Media forum” saytına istinadən yaydığı məlumata görə, bir neçə gün əvvəl Təbriz zindanında ailəsi ilə görüşən məhbus Şəhram Radmehr digər azərbaycanlı məhbus Ayət Mehrəlibəylinin (Yürüş) dindirilmə zamanı ağır işgəncəyə məruz qaldığını, ciddi bədən xəsarəti aldığını və həyatının təhlükə altında qaldığını bildirib. Ayət Mehrəlibəyli 4 aydan çoxdur tutulub.

 

Həbsdə saxlanan fəallardan Əkbər Azada da işgəncə verildiyi barədə məlumat var. Behbud Quluzadənin sol qolunun dəyənək zərbələri altında ağır xəsarət aldığı, Yunis Süleymaninin isə ona verilən elektrik şoku nəticəsində infarkt keçirdiyi vurğulanır.

 

Məhbus fəallar Zəhra Fərəczadə (Ayət Mehrəlibəylinin xanımı) və Lətif Həsəniyə (Araz Qarabağlı) qarşı psixi və fiziki təzyiqin şiddətləndirildiyi bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar