SON XƏBƏRLƏR

Klinton İrandakı daxili vəziyyətlə bağlı sərt çıxış edib

2021.10.20, 07:36
Klinton İrandakı daxili vəziyyətlə bağlı sərt çıxış edib

Gunaz.tv

GünAzTv: Amerikanın dövlət katibi Hillari Klinton məsuliyyətli və dindar liderləri İranda hakimiyyəti ələ almağa çağırıb.

 

ABC Nyuz telekanalına müsahibəsində xanım Klinton xəbərdarlıq edib ki, İslam Respublikasında hərbiyyənin nüfuzu artmaqdadır.

Dövlət katibi bu sözləri İran prezidenti Mahmud Əhmədinejadın Nyu Yorka gəlişi ərəfəsində deyib. Prezident Əhmədinejad BMT-nin Baş Məclisində iştirak edəcək.

 

BBC-nin Qahirədə olan İran üzrə müxbiri Con Layn deyir ki, bu, Amerika dövlət katibinin bu günə kimi İrandakı daxili vəziyyət barədə ən sərt çıxışıdır.

Xanım Klinton deyib ki, 2009-cu ildə İranda keçirilmiş prezident seçkilərində geniş saxtakarlıq yer alıb.

Buna görə də seçilmiş rəsmilər öz hakimiyyətlərini yeritmək üçün getdikcə daha çox hərbiyyəyə üz tutmalı olurlar.

Lakin hakimiyyət və ya rejim dəyişikliyinə çağırmaq əvəzinə, Hillari Klinton məsuliyyətli və dindar liderlər kimi təsvir etdiyi şəxsləri hakimiyyət üzərində nəzarəti bərpa etməyə səsləyib.

 

Klintonun bu sözləri bir çox iranlının hisslərinə uyğundur və onları dövlət katibi prezident Əhmədinejadın BMT-yə səfəri ərəfəsində edib.

İran prezidenti özünə qarşı yönəlmiş tənqidi azaltmaq üçün Amerikanı həbsxanalarda saxladığı bir sıra iranlı məhbusu azad etməyə çağırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar