SON XƏBƏRLƏR

Tikantəpədə azərbaycanlı fəalların ümumi yerlərə daxıl olması məhdudlaşdırılır

2021.10.20, 07:36
Tikantəpədə azərbaycanlı fəalların ümumi yerlərə daxıl olması məhdudlaşdırılır

Gunaz.tv

GünAzTv: Güney Azərbaycanın Tikantəpə şəhərində azərbaycanı xatırladaq bütün afişalar və görüntülər toplanılır, fəallara qarşı isə getdikcə təzyiqlər artır.

 

GünAzTv mətbuat mərkəzinin “Güney Azərbaycan Portalı”-na istinadən yaydığı məlumata görə, Tikantəpə şəhərinin Əmakin idarəsinin (ETTELAAT idarəsinə bağlı bir qurumdur) əməkdaşları şəhər çayxanaları və kafelərinə xəbərdarlıq ediblər ki, pantürkistləri (Onların təbiricə milli-mədəni fəallar belə adlanır) öz yerlərinə buraxmasınlar.

 

Əmakin İdarəsinin Rəsmisi Xosrov Qəhramani türk dilində olan kalendar (təqvim) və afişaları topladıqdan sonra çayxana və kafe sahiblərinə xəbərdarlıq edib ki, pantürkistlərə hər hansı xidmət göstərilirsə bu cavabsız qalmayacaq.

 

Həmçinin keçən həftə Əmakin idarəsinin əməkdaşları “Azərbaycan” sözünü “Oğul bəy” kəndi avtomobillərinin üzərindən silmişdilər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar