SON XƏBƏRLƏR

Qoşaçaylı fəallar cərimə olunacaq

2021.10.20, 07:36
Qoşaçaylı fəallar cərimə olunacaq

Gunaz.tv

GünAzTv: Qoşaçaylı 5 nəfər milli-mədəni fəal Savucbulaq (Mahabad) şəhərinin məhkəməsi tərəfindən cərimə ödəməyə məhkum ediliblər.

 

Məhkəmə hakimi Xudadadi azərbaycanlı fəallar Daryuş Əndəblibiyan, Səttar Bərazeş, Yusif Sudbər, Səccad Əzizi və Babək Aksun tərəfindən istənilən yazılı hökmü onlara verməkdən imtina edib. Hakim bildirib ki, Hökmün kopisini Qoşaçay şəhərinin ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsində almalısınız.

 

2010-cu il sentyabr ayının 14-də (Şəhrivərin 23-ü) elan edilən məhkəmə hökmünə əsasən, məhkumların hər biri 1500 dollar (1.5 milyon tümən) cərimə ödəməlidirlər.

 

Adını çəkdiyimiz milli-mədəni fəallar sistemin əleyhinə təbliğdə ittiham olunublar.

 

Xatırladaq ki, Onlar bu il aprel ayının 2-də (Fərvərdinin 13-ü) Azərbaycan rəqslərindən və musiqisindən ibarət mərasim keçirdiklərinə görə, Qoşaçay hüquq mühafizə qüvvələri tərəfindən yaxalanmışdılar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar