SON XƏBƏRLƏR

Əli Dayi belə millətimizin nə istədiyini başa düşdü

2021.10.20, 07:36
Əli Dayi belə millətimizin nə istədiyini başa düşdü

Gunaz.tv

GünAzTv: Tehranın Perspolis futbol komandasının baş treneri (Sər mürəbbi) Azərbaycan əsilli məşhur futbolçu Əli Dayi, doğurdan doğura özündən çıxdığını nümayiş etdirib.

 

Belə ki iki gün öncə Təbrizin səhənd stadyomunda Təbriz “Bələdiyyə” (Şəhrdari) komandası ilə “Perspolis” taxımı arasında keçirilən müsabiqədən sonra o jurnalistlərə xoşagəlməz sözlər deyib.

 

Milli hüquqlarımızın inkar edildiyi bir zamanda, Azərbaycan və İranın bu həssas durumunda “Perspolis” komandasına baş trener (Sər mürəbbi) olması etirazla qarşılanan Əli Dayi, sözün əsl mənasında çıldırıb.

 

Yaxın keçmiş aylarda Tehranda keçirilən "Traxtur-Perspolis" müsabiqəsində Azərbnaycan türk millətinə Perspolis tərəfdarları tərəfindən edilən milli təhqirlərə göz yuman Əli Dayi bu dəfə susqunluğunu gözlənilməz şəkildə pozub.

 

O jurnalistlərə açıqlamasında soydaşlarımızın milli zəmində səsləndirdiyi şüarlara deyinib. Dayi bildirib ki, “Nə üçün Yadigar-e İmam (səhənd) stadyomunda Atatürk təşviq olunmalıdır? Tərəfdarlar futbol izləməyə gəlmirlər, onlar başqa şüarlar verirlər. Nə üçün bunları görmürsünüz? Azərbaycan İranındır, biz hamımız eyni məmləkətə aidik.”

 

Marağlı məqam ondan ibarətdir ki, bütün milli hüquqları inkar edilən 35 milyonluq cəmiyyətin bir neçə milli şüarına dözməyən Əli Dayi, bəs necə olduki Tehranda “Perspolis” tərəfdarlarının türk millətinə qarşı səsləndirdikləri təhqiramiz şüarlarına dözə bildi. Hətta o təhqirlərin İran televiziyasından yayımlanmasıda cənab Dayinin etirazına səbəb ola bilmədi.

 

Cənab Dayinin bu həqiqəti gizlətmək uğrunda verdiyi əsəbi açıqlama başqa bir həqiqətin üstünü açır. Artıq cənab Dayidə Azərbaycan türk millətinin nə istədiyini başa düşüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar