SON XƏBƏRLƏR

Futbol tamaşaçıları :“Gəlin gedək ağlayaq – Urmu gölün dolduraq”

2021.10.20, 07:36
Futbol tamaşaçıları :“Gəlin gedək ağlayaq – Urmu gölün dolduraq”

Gunaz.tv

GünAzTv: İki gün öncə sentyabr ayının 18-də (Şəhrivərin 27-i) Tehranın Pespolis futbol komandası ilə Təbrizin Bələdiyyə (Şəhrdari) taxımı arasında leçirilən müsabiqə soydaşlarımızın aktiv iştirakı ilə yadda qalıb.

 

(1 – 1) nəticəsi ilə yekunlaşan müsabiqə Təbriz Bələdiyyə taxımının potensiyalının yüksəkliyini göstərməklə yanaşı, soydaşlarımızın milli tələblərinin üzərinə durduqlarını bir daha sübut edib.

 

Müsabiqə zamanı Təbrizin səhənd stadyomu (stadion) bir daha milli hüquqlarımızın tələbi səhnəsinə çevrilib. Bu müsabiqədə də “Azərbaycan var olsun – İstəməyən kor olsun”, “Türk dilində mədrəsə - Olmalıdır hər kəsə”, “Perspolise Tehran – Time Nəjadpərəstan (irqçılar komandası)” və ... kimi milli şüarları futbol meydançasının dörd bir tərəfindən eşitmək mümkün olub.

 

Həmçinin soydaşlarımız bu həssas məqamda öz soydaşımız olan Əli Dayinin “Perpolis”-ə baş Trener olması və Kərim Baqirinin o komandada oynamasına öz etirazlarını müəyyən şüarlarla bildiriblər.

 

Diqqətə layiq digər şüarlardan biri isə daha bir yeni şüar olub. Soydaşlarımız yekdilliklə “Gəin gedək ağlayaq – Urmu gölün dolduraq” deyə marağli və olduqca yerində olan şüar səsləndiriblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar