SON XƏBƏRLƏR

İranda qadın hüquq müdafiəçisinə ağır həbs cəzası kəsilib

2021.10.20, 07:36
İranda qadın hüquq müdafiəçisinə ağır həbs cəzası kəsilib

Gunaz.tv

GünAzTv: Şiva Nəzər Ahari 70-dən çox şallaq zərbəsindən xilas olmaq üçün 400 dollar cərimə də ödəməlidir.

 

İran məhkəməsi hüquq-müdafiəçisi Şiva Nəzər Aharini 6 il müddətinə azadlıqdan məhrum edib. Ona qarşı irəli sürülmüş ittihamlar arasında hökumətə qarşı sövdələşmədə iştirak da var. GünAzTv mətbuat mərkəzinin "Ans press"-ə istinadən yaydığı məlumata görə, Qadın hüquq müdafiəçisi ötən ilin dekabrında nüfuzlu dissident ayətulla Hüseyn Əli Müntəzirinin dəfn mərasiminə gedərkən həbs edilmişdi. Qadının vəkilinin sözlərinə görə, Şiva Nəzər Aaari 70-dən çox şallaq zərbəsindən xilas olmaq üçün 400 dollar cərimə də ödəməlidir.Müdafiə tərəfi hesab edir ki, hüquq müdafiəçisinə qarşı ittihamlar tutarlı dəlillərə əsaslanmayıb. Vəkillər məhkəmənin qərarından şikayət etmək niyyətindədirlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar