SON XƏBƏRLƏR

Prezident Gül Amerikada

2021.10.20, 07:36
Prezident Gül Amerikada

Gunaz.tv

GünAzTv: Türkiyə prezidenti Abdulla Gül ABŞ-da (Amerika Birləşmiş Ştatları)  səfərdədir. Türkiyə BMT-də iki önəmli toplantıya rəhbərlik edəcək.

BMT-nin 65-ci sessiyasının açılışında iştirak etmək üçün Amerikaya səfər edən Gül "Minilliyin İnkişaf Hədəfləri" sammitində iştirak və çıxış edəcək.

Gülün BMT-də olduğu müddətdə Türkiyənin sədrliyi ilə iki önəmli toplantı keçiriləcək.

İlk toplantı sentyabrın 23-də olacaq.

Abdulla Gül BMT Təhlükəsizlik Şurasının toplantısına sədrlik edəcək. Toplantıda sülhün müdafiəsi ilə bağlı tədbirlərin artırılması məsələsi müzakirə ediləcək.

Toplantıya ABŞ prezidenti Barak Obama, İngiltərənin baş naziri Devid Kemeron, Fransa prezidenti Nokola Sarkozi, Rusiya prezidenti Dmitri MEdvedev və Braziliya prezidenti Luis İqnasio Lula de Silvanın qatılması gözlənilir.

Türkiyənin sədrlik edəcəyi ikinci toplantı isə sentyabrın 27-də olacaq. Terrorla mübarizə məsələlərinin müzakirə ediləcəyi toplantını xarici işlər naziri Əhməd Davudoğlu idarə edəcək.

İkitərəfli görüşlər də keçirəcək Abdulla Gül Amerika Balkan Federasiyasının ziyafətinfə iştirak edəcək. Türkiyə prezidenti Kolumbiya Universitetini də gəzəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar