SON XƏBƏRLƏR

Mühəndis Həsən Rəhimi Təbriz zindanının ümumi bölməsinə köçürülüb

2021.10.20, 07:36
Mühəndis Həsən Rəhimi Təbriz zindanının ümumi bölməsinə köçürülüb

Gunaz.tv

GünAzTv: Milli-mədəni fəal cənab Mühəndis Həsən Rəhimi Bayat dünən sentyabr ayının 17-i (Şəhrivərin 26-ı) Təbriz zindanının ümumi bölməsinə (bənd) köçürülüb.

 

Mühəndis Rəhimi öz ailəsi ilə telefon bağlantısında Təbriz zindanına köçürüldüyünü bildirib. O həmçinin dosyasının hələlik naməlum olduğunuda diqqətə çatdırıb.

 

Milli-mədəni fəal 2010-cu il iyul ayının 3-u (Tir ayının 12-i) Tehranda öz iş yerində tutuqlanıb və Evin zindanına aparılıb. O iki həftə Tehranda saxlanıldıqdan sonra Təbrizə köçürülüb. Rəhimi bütün bu müddəti təknəfərlik kamerada saxlanılıb.

 

Adını çəkdiyimiz milli-mədəni fəal bundan öncədə milli hüquqlar zəminində fəaliyyət göstərdiyinə görə dəfələrlə tutuqlanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar