SON XƏBƏRLƏR

“Traxtur-Zob ahən” müsabiqəsində tutulan Urmulu soydaşlarımız azadlığa buraxılıb

2021.10.20, 07:36
“Traxtur-Zob ahən” müsabiqəsində tutulan Urmulu soydaşlarımız azadlığa buraxılıb

Gunaz.tv

GünAzTv: Təbrizin səhənd stadyomunda (stadion) sentyabr ayının 10-da (Şəhrivərin  19-u) “Traxtur-Zob ahən” müsabiqəsi zamanı yaxalanan Urmulu soydaşlarımız azadlığa buraxılıblar.

 

Nasir və Əlirza Məzahirpur yaxalandıqdan sonra polis idarəsində 4 gün həbsdə saxlanılıb və nəhayət Təbrizin İnqilab Məhkəməsinə mülki vəsiqə girov qoyaraq azadlığa buraxılıblar.

 

Həmçinin müsabiqə zamanı yaxalanmış digər Urmulu soydaşımız cənab Cabir Rəsulpur 4 gün təknəfərlik kamerada saxlanıldıqdan sonra 10000 dollarlıq (10 milyon tümən) mülki vəsiqə qarşılığında azadlığa buraxılıb.

 

Məlumata görə, Rəsulpur saxlanıldığı müddətdə polis tərəfindən ağır döyülüb və işgəncələrə məruz qalıb. Onun bədəni və üzünün göyərməsi barədə ciddi xəbərlər yayılıb.

 

Qeyd edək ki, adını çəkdiyimiz müsabiqə zamanı 30 nəfərə yaxın soydaşımız təkcə futbol meydançasında yaxalanmışdı. Güney Azərbaycanın KİV-nə istinadən 60 nəfərə yaxın insan isə stadyoma (stadion) yaxın xiyabanda milli şüarların səsləndirdiyi zaman yaxalanıblar. Tutuqlananların bir çoxu azadlığa buraxılıb.  Yaxalanan soydaşlarımızdan sadəcə azad edilənlərin kimliyi bəllidir, o birilər haqqında hələlik məlumat yoxdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar