İsfahanda daha bir etirazçı dar ağacından asıldı
İranda qaz çatışmazlığına görə elektrik kəsintiləri artacaq
Ermənistanın Bərdəni ilk dəfə raket atəşinə tutmasından 6 il ötür
Ukrayna MN: Ukrayna Rusiyanın neft emalı gücünün 51 faizini vurub
Ərəb koalisiyası husilərə qarşı mübarizədə Yəmən ordusuna dəstəyi davam etdirəcək
O biri Azərbaycan da İranındır - Rəsul Bərgi
İranın neft naziri istefa verdi
ABŞ bu vaxta kimi hərbi münaqişəyə girməyəcək - Brucerdi
Norveç səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
GünAzTv: İranda təbrizli qadın Səkinə Məhəmmədi Aştianinin zina ittihamıyla daşqalaq cəzasıyla üzləşməsi artıq bir neçə aydır beynəlxalq qalmaqal mövzusudur.
Bir çox Qərb dövlətləri XXI əsrdə qadının torpağa basdırılaraq daşa tutulmasını vəhşilik kimi qiymətləndirərək, İran hökumətini edam cəzasını ləğv etməyə çağırıblar.
GünAzTv mətbuat mərkəzinin “Xalq cəbhəsi” qəzetinə istinadən yaydığı məlumata görə, Bu günlərdə İsveçin baş naziri Karl Bildt İranın bu ölkədəki səfirini iqamətgahına çağıraraq daşqalaq cəzasını "murdar praktika" adlandırıb. Rəsmi Tehran isə hələlik qərarın icrasını müvəqqəti təxirə saldıqlarını deyirlər. Qərb mətbuatında Səkinə Məhəmmədi Aştianinin zina itihamıyla edam cəzasına məhkum edildiyi vurğulanır. İslam Respublikasının rəsmiləri isə müttəhimin qatil olduğunu deyir və onu ərinin ölümündə iştirak etməkdə günahlandırırlar. Hazırda Kanadada yaşayan güneyli jurnalist İnsafəli Hidayət bildirir ki, İran qanunlarına əsasən, qatilin qohumlarının cinayətə görə müttəhimi bağışlamaq ixtiyarı var. Səkinə Məhəmmədi Aştianinin mərhum ərinin qohumları və övladları bu istiqamətdə edam cəzası arzulamadıqları üçün o, öldürülə bilməz. Bu səbəbdən İran rəsmiləri şəriət qanununa əsaslanaraq zina itthamıla müttəhimi daşqalaq etmək istəyirlər. Digər tərəfdən, fars dilini bilməyən Səkinə Məhəmmədi Aştianinin məhkəmədə hüquqi müdafiəsi demək olar təşkil olunmayıb. Doğma dili Azərbaycan türkcəsi olan müttəhim məhkəmə prosesinin böyük hissəsini anlamayıb və bunun nəticəsi olaraq dövlət ittihamçıları istədikləri qaydada ona qarşı cəzanı müəyyən ediblər. Onun sözlərinə görə, Güney Azərbaycanın başqa guşələrində də azərbaycanlılar farsdilli məhkəmələrdə oxşar situasiyalarla üzləşir.Dünya Azərbaycanlı Yazarlar Qurumunun (DAYAQ) rəhbəri Sayman Aruz azərbaycanlı qadının daşqalaq cəzasıyla üzləşməsini İranın siyasi mahiyyətindən doğan amil kimi dəyərlənir: "Demokratiyanın əsasını insan seçimi təşkil edir. İnsan öz adını, həyat yoldaşını, dinini seçməkdə azad olmalıdır. Bunları seçmək insan ən əsas haqlarıdır. Əgər bir yerdə insan öz həyat yoldaşını seçə bilmirsə və buna qarşı üsyan edirsə, bu, insanın özünə verdiyi haqdır". Adətən beynəlxalq ictimaiyyətin Tehranda, daha çox mərkəzi yerlərdə baş verən haqsızlıqlara reaksiya verdiyini deyən DAYAQ sədri bu dəfə azərbaycanlı fəalların səyləri nəticəsində Səkinə Məhəmmədi Aştianinin taleyinə diqqət yönəldildiyini vurğulayır: "İranda azərbaycanlıların öz hüquqları uğrunda daha aktiv mübarizə aparması Səkinə Məhəmmədi Aştianinin məsələsinə beynəlxalq diqqətin artmasına xüsusi rol oyanyıb". Səkinə Məhəmmədi Aştianinin məhkum olunduğu daşqalaq cəzasının dini dəyərlərə uyğun gəlib-gəlmədiyini şərh edən Toronto Universitetinin İslam Araşdırmaları Mərkəzində doktorluğa namizəd Xəlil Şimşək bunun üçün "Quran"da əsas olmadığını bildirir: ""Quran"ın heç bir yerində zina edən qadın və ya kişinin ölüm cəzasına məhkum olunması haqda heç nə deyilmir". Onun sözlərinə görə, "Nur" surəsinin ikinci ayəsində zina edən şəxsə 100 qırmanc və ya dəyənək vurulması haqda cəza öz əksini tapıb. Xəlil Şimşək daşqalaq və başqa bu növ cəzaların daha çox "Quran"dan sonra gələn hədislərə və rəvayətlərə əsaslandığını və "Quran"da adıçəkilən ayənin bu hədislərdə deyilənləri etibarsız etdiyini deyir. O, habelə keçmişdə təsbit olunan bir sıra dini tövsiyələrin müasir zamanın tələblərinə uyğunlaşdırılmasının mühüm olduğunu irəli sürür. Bu arada sentyabrın 11-də Fransanın paytaxtı Paris şəhərində Güney Azərbaycan İstiqlal Partiyasının (GAİP) iştirakıyla İranda daşqalaq yoluyla edam cəzasına məhkum olunmuş Səkinə Məhəmmədi Aştianinin həyatını qorumaq məqsədilə növbəti mitinq və imzatoplama kampaniyası keçirilib. Aksiyada yüzlərlə insan haqları müdafiəçisi iştirak edib. Səkinə Məhəmmədi Aştianinin oğlu Səccad Qadirzadə də telefon vasitəsilə mitinqə qatılaraq, anasının günahsız olduğunu bir daha beynəlxalq ictimaiyyətə bəyanlayıb və aksiya təşkilatçılarına da öz təşəkkürünü bildirib. O deyib ki, İran hökuməti anasını təkadamlıq kameraya köçürüb. Bunun ardından Fransa prezidentinin həyata yoldaşı Karla Bruni-Sarkozinin Səkinə Məhəmmədi Aştiani ilə bağlı verdiyi dəstək bəyanatı oxunub və imzatoplama kampaniyasi həyata keçirilib. Eyni zamanda mitinqdə İranda qadınlara olan zülmlərə diqqət yönəldilib və fars şovinist rejiminin zərif cinsin nümayəndələrinə olan basqılarına, zorakılıqlarına son verməsi və Səkinə Məhəmmədi Aştianinin daşqalaq hökmünün qaldırılması istənilib. Hətta buna simvolik olaraq şarlar da havaya buraxılıb. Bundan əlavə, GAİP-in Fransa təmsilçiliyi fransız dilində aksiyaya qatılanlar və xalq arasında bəyanat yayaraq, Səkinə Məhəmmədi Aştianinin türk kimliyinə və Güney Azərbaycandakı soydaşlarımıza olan zülmlərə diqqət yönəldib. Eyni zamanda Fransa ictimaiyyətindən Güney Azərbaycan türklərinin haqq səsini dünyaya çatdırmaları istənilib.Gürcüstan parlamentinin deputatı Rusudan Kervalidze həmkarlarına müraciət edərək, İranda daşqalaq yoluyla edam cəzasına məhkum olunmuş Səkinə Məhəmmədi Aştianiyə kömək göstərilməsini xahiş edib. O, deputatları dünya ictimaiyyətinin səsinə səs verməyə və İran hökumətinə azərbaycanlı qadının üstündən edam hökmünün götürülməsi xahişilə müraciət göndərməyə çağırıb.Xatırladaq ki, 43 yaşlı, iki uşaq anası Səkinə Məhəmmədi Aştiani Təbrizdəndir. 5 ildir İranda həbsdə saxlanır. O, həyat yoldaşı qətlə yetiriləndən sonra iki kişi ilə zina etməkdə günahlandırılaraq 2005-ci ildə həbs olunub. Təbriz Məhkəməsi əvvəlcə onu 99 şallaq zərbəsinə məhkum edib və hökm icra olunub. Sonradan Səkinə Məhəmmədi Aştianiyə yeni iş açılıb. O, həyat yoldaşının qətlində iştirakda və onun sağlığında da zinakarlıq etməkdə günahlandırılıb, daşqalaq yoluyla edama məhkum olunub. Beynəlxalq Əfv Təşkilatı bu qərarı çağdaş dövlət üçün qəbuledilməz sayaraq, Tehran hakimiyyətini bu hökmü dəyişdirməyə çağırıb. Aştianinin 16 yaşlı qızı Fəridə və 20 yaşlı oğlu Səid də beynəlxalq ictimaiyyətə müraciət edərək, anaları barəsində çıxarılmış hökmün dəyişdirilməsini istəyiblər. Azərbaycanlı qadın da ona qarşı irəli sürülən bütün ittihamları rədd edir.
İranın neft naziri istefa verdi
Norveç səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran NPT-dən çıxmağa hazırlaşır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
Həmədanda iş qəzaları- 147 nəfər...
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Qazaxıstan Rusiyaya nota verib
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır