SON XƏBƏRLƏR

Bu gün milli komandamız növbəti qarşılaşmaya hazırlaşır

2021.10.20, 07:36
Bu gün milli komandamız növbəti qarşılaşmaya hazırlaşır

Gunaz.tv

GünAzTv: Bu gün (Sentyabr ayının 17-i , Şəhrivərin 26-ı) Güney Azərbaycanın milli komandası, Təbrizin “Traxtur” futbol taxımı Kirmanda öz rəqibi ilə qarşılaşacaq.

 

İran üzrə superliqa rəqabətlərinin 9-cu həftəsində “Traxtur” komandası ilə “Mis” taxımı arasında gözlənilən müsabiqə Kirman şəhərinin Şəhid Bahünər stadyomunda (stadion) baş tutacaq.

 

Təbriz vaxtı ilə saat 18:10-da başlayacaq müsabiqənin Kirman şəhərində keçiriləcəyinə baxmayaraq, çoxsaylı soydaşlarımızın tamaşaçılar qismində iştirakı gözlənilir.

 

Yarışı GünAzTv ekranından canlı olaraq izləyə bilərsiniz.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar