SON XƏBƏRLƏR

Ermənistan xarici ölkə vətəndaşlarını orduya çağıracaq

2021.10.20, 07:36
Ermənistan xarici ölkə vətəndaşlarını orduya çağıracaq

Gunaz.tv

GünAzTv: Müdafiə naziri Seyran Ohanyan bildirib ki, “Bu məsələni Rusiyanın müdafiə naziri ilə müzakirə edəcəyəm”.Ermənistan müdafiə naziri Seyran Ohanyan parlamentdəki çıxışında xarici ölkə vətəndaşı olan ermənilərin Ermənistan ordusu sıralarında hərbi xidmət etməsi ilə bağlı məsələnin hazırda Müdafiə Nazirliyində müzakirə olunduğunu söyləyib.Seyran Ohanyan iddia edib ki, xarici ölkə vətəndaşları olan ermənilər Ermənistan ordusunda xidmət üçün onlara icazə verilməsi üçün müraciət edirlər. O, bu məsələnin yaxın günlərdə Rusiyanın müdafiə naziri Anatoli Serdyukovla müzakirə etmək niyyətində olduğunu söyləyib. Bu barədə Lent.az “news.am” saytına istinadən xəbər yayıb.Qeyd edək ki, Rusiyanın Gümrüdəki hərbi bazasında əsasən erməni əsilli hərbçilər qulluq edirlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar