İsfahanda daha bir etirazçı dar ağacından asıldı
İranda qaz çatışmazlığına görə elektrik kəsintiləri artacaq
Ermənistanın Bərdəni ilk dəfə raket atəşinə tutmasından 6 il ötür
Ukrayna MN: Ukrayna Rusiyanın neft emalı gücünün 51 faizini vurub
Ərəb koalisiyası husilərə qarşı mübarizədə Yəmən ordusuna dəstəyi davam etdirəcək
O biri Azərbaycan da İranındır - Rəsul Bərgi
İranın neft naziri istefa verdi
ABŞ bu vaxta kimi hərbi münaqişəyə girməyəcək - Brucerdi
Norveç səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
GünAzTv: "Biz Qarabağ sülh danışıqlarını irəli aparmaq üçün proqramı hazırlayanda çox iş görəcəyimizi qərara almışdıq. Təmas xəttinin keçilməsi bu planlardan biri idi". Bu fikirləri ATƏT-in amerikalı həmsədri Robert Bradtke BBC radiosunun Azərbaycan xidmətinə müsahibəsində söyləyib.
GünAzTv mətbuat mərkəzinin APA-ya istinadən yaydığı məlumata görə, Həmsədr Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttinin qarşı tərəfinə keçirilməsinin bir neçə səbəbinin olduğunu deyib: "Biz bunu bir neçə səbəbdən etmək istəyirdik. İlk öncə biz bu hərəkətimizlə vurğulamaq istəyirdik ki, təmas xətti qonşu xalqları bir-birindən ayıran hər hansı bir sərhəd deyil. Biz ümid etdiyimizi göstərmək istəyirdik ki, bu təmas xəttinin üzərindən bir gün hər iki tərəfin adamları sərbəst hərəkət edə biləcək. İkinci məqsədimiz atəşkəs rejiminin pozulması barədə məlumatları yoxlamaq idi. Təmas xətti üzərindən keçməyimizin bir məqsədi də atəşkəsə hörmət edilməsinin vacibliyini vurğulamaq idi. Deməliyəm ki, bu çox maraqlı missiya oldu. Mən ATƏT-in burada daimi monitorinqdə olan kiçik missiyasına da təşəkkür etmək istərdim. Onlar burada bəzi təhlükəsizlik risqilə üzləşir. Biz səfərimiz zamanı həm ATƏT-dən, həm də hər iki tərəfin hərbi qurumlarından dəstək aldıq". Həmsədr təmas xəttinin hər iki tərəfində söhbətlər apardıqlarını deyib: "Bu çox maraqlı söhbətlər idi, çünki iki tərəf vəziyyət haqqında bir-birinə zidd məlumat verirdi. Xüsusən də atəşkəs rejiminin pozulmasında kimin məsuliyyət daşıması məsələsində. Mən başa düşdüm ki, danışıqlar prosesini irəli aparmaq üçün iki tərəfin ortaq məxrəcə gətirilməsi məqsədilə uzun müddət iş aparmaq lazım gələcək". Robert Bradtke qoşunların təmas xəttində mülki vətəndaşların yaşamadığını bildirib: "Bura bir növ mülki şəxslərin yaşamadığı ərazidir. Bu bir yoldur və yolun sonuna çatanda səngərlər gördük. Burdan o yana maşınlar hərəkət edə bilməzdi. Ətrafdakı bütün yaşıllıq - ağaclar və kollar kəsilərək təmizlənib. Bu ona görə edilib ki, hər iki tərəfdən görüntüyə mane olunmasın. Biz ərazidə olan minaları aşkar edən əsgərlərin ardınca gedirdik. Biz bir daha şahidi olduq ki, sülh prosesini doğrudan da irəli aparmağa ehtiyac var. Yol vermək olmaz ki, təmas xətti regionun insanlarının sərbəst hərəkətini məhdudlaşdıran daimi hasar kimi qalsın. Biz vəziyyətin ciddiliyinin şahidi olduq. Mən bilmirəm, bizim missiyamız nəyisə dəyişəcəkmi? Lakin bu bütün tərəflərə verilmiş bir mesaj idi. Bu mesaj ondan ibarət idi ki, təmas xətti daimi deyil, lakin atəşkəsə əməl olunmalıdır". Həmsədr təmas xətti boyunca bəzi yerlərdə Azərbaycan və Ermənistan qoşunları arasında 40 metr məsafə olduğunu deyib: "Təmas xəttinin mövcud olduğu bütün dövrlərdə atəşkəsin pozulması halları elə bu səbəblərdən baş verir. Lakin əsas narahatlıq son vaxtlar burada baş verən hadisələrdəndir. Son vaxtlar burada təmas xətti boyunca təkcə atışmalar yox, həm də təmas xəttinin əsgərlər tərəfindən keçilməsi halları baş verib. Biz hər iki tərəfə bildirdik ki, bu çox təhlükəli haldır. Bu sayaq hadisələr, xüsusilə təmas xəttinin keçilməsi hallarına son qoyulmalıdır. Biz atəşkəsin gücləndirilməsinin vacibliyi barədə istər Bakıda, istər İrəvanda, istərsə də Xankəndində söhbətlər apardıq. Lakin səmimi deyəcəyəm, bura dərhal çoxsaylı sülhyaradıcı qüvvə gətirmək mümkün olmayacaq. Tərəflərdən heç birinin bunu istəmədiyini hiss etdik". Robert Bradtke ATƏT-in Minsk Qrupunun Azərbaycanın qətnamə layihəsini BMT Baş Assambleyasından geri götürməsini alqışladığını bildirib: "Çünki biz inanmırdıq ki, bu qətnamə sülh prosesinə nə isə bir töhfə verə bilər. Bu diqqəti bütün tərəflərlə birbaşa danışıqlar prosesindən yayındıra bilərdi. BMT nə qədər də nüfuzlu bir təşkilat olsa da, bu qətnamə Azərbaycanın işğal olunmuş ərazilərini qaytarmayacaqdı. Hər halda dərhal. Münaqişənin çözümünün ən sürətli yolu tərəflər arasında Minsk Qrupun çərçivəsində birbaşa danışıqlar olaraq qalır. Biz ilk addım olaraq təmas xəttini keçdik". Diplomat iki ölkənin xarici işlər nazirlərinin Avropa paytaxtlarında və ya elə prezidentlərin müxtəlif şəhərlərdə açıqlanan mövqelərində köklü fərq görmədiyini deyib. ATƏT-in regiona göndərəcəyi fakt-araşdırıcı missiyanın səfərinə aydınlıq gətirən həmsədr bunun çox mühüm səfər olacağını bildirib: "Bu çox mühüm səfər olacaq. Bilirsiniz ki, ATƏT-in Dağlıq Qarabağın ətrafında apardığı son fakt-araşdırıcı missiyası 5 il bundan əvvəl olub. Biz bu ilin əvvəllərində qərara gəldik ki, belə bir missiyanın təkrar keçirilməsinə ehtiyac var. Bu həmsədrlər üçün də vacibdir. Mən bir ildən azdır ki, bu vəzifədəyəm. Rusiyalı həmsədr də nisbətən təzədir. Bilirsinizmi, bu ərazilər həmişə bu şəkildə qala bilməz. Qaçqınlar bir gün öz yurduna qayıdacaq. Ayırıcı xətlər ləğv olunmalıdır. Biz tərəflərə bildirmişik ki, bu ərazilərə səfər zamanı BMT-nin Qaçqınlarla İş üzrə Ali Komissarlığının və BMT-nin İnkişaf Proqramının nümayəndələrinin də bizimlə olmasını istəyirik. Çünki bu agentliklər bir gün bu ərazidə işləməli olacaq. Yəni biz bu ərazilərin indiki statusunun dəyişəcəyi gələcəyə baxırıq". Bakı-xəbər
İranın neft naziri istefa verdi
Norveç səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran NPT-dən çıxmağa hazırlaşır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
Həmədanda iş qəzaları- 147 nəfər...
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Qazaxıstan Rusiyaya nota verib
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır