SON XƏBƏRLƏR

Robert Geyts: Hərbi əməliyyatlar İranla bağlı problemin həlli yollarından biridir

2021.10.20, 07:36
Robert Geyts: Hərbi əməliyyatlar İranla bağlı problemin həlli yollarından biridir

Gunaz.tv

GünAzTv: ABŞ-ın (Amerika Birləşmiş Ştatları) müdafiə naziri Robert Geyts müsahibəsində belə deyib.

 

İranın atom-nüvə proqramı ilə bağlı məsələ beynəlxalq ictimaiyyətin diqqətindədir.

 

GünAzTv mətbuat mərkəzinin İTV-yə istinadən yaydığı məlumata görə, ABŞ-ın müdafiə naziri Robert Geyts İslam Respublikasına hərbi zərbələrin endiriləcəyini istisna etməyib.

 

Amerikalı nazir verdiyi müsahibəsində «İrana qarşı hərbi müdaxilə ehtimalı» ilə bağlı sualı cavablandırarkən deyib: «Əvvəllər də demişəm, hər dövlət öz imkanlarını açıq saxlayır. Bəllidir ki, hərbi əməliyyatlar İranla bağlı problemin həlli yollarından biridir. Bunun yanaşı, anlamaq lazımdır ki, savaş qeyri-müəyyən və dəhşətli izlər qoyur. Fikrimcə, məsələnin hərb yolu ilə həllinə ən son üsul kimi baxmaq lazımdır».

 

«İran atom silahına yiyələnmək üçün nə kimi nailiyyət əldə edib» sualına isə R.Geyts belə cavab verib: «İranlılar nüvə silahı əldə etməkdə israrlı görünür. BMT Təhlükəsizlik Şurası bir neçə sanksiya qəbul edib. İran beynəlxalq ictimaiyyət tərəfindən təcrid olunur, ancaq atom-nüvə proqramının inkişafı istiqamətində fəaliyyətinin davam etdirir».

 

O, prezident Buşun hakimiyyəti illərində belə İranın dinc məqsədli atom proqramını qəbul etməyə hazır olduqlarını da vurğulayıb: «Biz zənginləşdirilmiş uranın İrandan Rusiyaya daşınaraq, orada özünəməxsus bankda saxlanılması ideyasını dəstəklədik. Onların hərbi məqsədli nüvə proqramını dayandırmasının doğruluğuna inansaq, o zaman dinc hədəfli atom layihəsini dəstəkləyərik. Ancaq İranı heç kim saxlaya bilmir».

 

İran rəsmiləri isə nüvə proqramının dinc məqsədli olduğunu, habelə atom bombası əldə etmək niyyətində olmadıqlarını bəyan etməkdədirlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar