SON XƏBƏRLƏR

PKK və Hizbullah arasında qanlı toqquşma olub

2021.10.20, 07:36
PKK və Hizbullah arasında qanlı toqquşma olub

Gunaz.tv

GünAzTv: Beyrutda toplanan 50 PKK-çıdan ibarət qrup İranın PKK-ya qarşı əməliyyatlarını və təşkilat mənsublarına yönəlik edamlarına etiraz olaraq İran rəhbərliyi əleyhinə aksiya keçiriblər.

GünAzTv mətbuat mərkəzinin “Bizim yol” saytına istinadən yaydığı məlumata görə, Livanda PKK mənsubları ilə Hizbullah mənsubları arasında baş verən qarşıdurmada iki adam ölüb və səkkiz adam yaralanıb. Beyrutda toplanan 50 PKK-çıdan ibarət qrup İranın PKK-ya qarşı əməliyyatlarını və təşkilat mənsublarına yönəlik edamlarına etiraz olaraq İran rəhbərliyi əleyhinə aksiya keçiriblər. Bu arada PKK-çıların İran rəhbərliyi əleyinə hərəkət etdikləri barədə xəbəri alan Hizbullah mənsubları az sonra bölgəyə gələrək PKK-çı qrupun etiraz aksiyasına maneə törədiblər. Bu zaman iki qrup arasında qarşıdurma baş verib. Silahlardan və kəsici alətlərdən istifadə edilməklə davam edən qarşıdurma təhlükəsizlik qüvvələrinin müdaxiləsinə baxmayaraq ətraf küçələrə yayılaraq gecə saatlarınadək sürüb. Qarşıdurmada  PKK terror təşkilatına mənsub iki adam həyatını itirib, təşkilatın 8 üzvü isə yaralanıb. Beyrutda bir müddət əvvəl də PKK və Hizbullah arasında yaşanan «xərac» davasında bir PKK-çı öldürülmüş, 6-sı isə yaralanmışdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar