İsfahanda daha bir etirazçı dar ağacından asıldı
İranda qaz çatışmazlığına görə elektrik kəsintiləri artacaq
Ermənistanın Bərdəni ilk dəfə raket atəşinə tutmasından 6 il ötür
Ukrayna MN: Ukrayna Rusiyanın neft emalı gücünün 51 faizini vurub
Ərəb koalisiyası husilərə qarşı mübarizədə Yəmən ordusuna dəstəyi davam etdirəcək
O biri Azərbaycan da İranındır - Rəsul Bərgi
İranın neft naziri istefa verdi
ABŞ bu vaxta kimi hərbi münaqişəyə girməyəcək - Brucerdi
Norveç səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
GünAzTv: İran Qarabağ münaqişəsinin həllində vasitəçi olmaq üçün yenidən məsələni gündəmə gətirməyə başlayıb.
Rəsmi Tehran bir ildən artıqdır ki, səsləndirdiyi bu fikirlərə Bakıdan müsbət cavablar alsa da, Ermənistandan yetərli yanaşmanı görə bilmir. Azərbaycanın məsələyə İranın da qoşulmasına müsbət yanaşması hər hansı bir siyasi və geosiyasi maraqdan irəli gəlmir. Sadəcə, rəsmi Bakı Qarabağ münaqişəsinin həllində təsir imkanları ola bilər istənilən dövlətin prosesə qatılmasını istəyir. Tehranı danışıqlar prosesinə buraxacaqlarmı? Və ya İran Qarabağ münaqişəsini həll etmək iqtidarındadırmı? Tehrandan yenidən təklif gəldi Qeyd edək ki, ötən həftə İran Azərbaycanla Ermənistan arasındakı Dağlıq Qarabağ münaqişəsinin həllinə yardımçı olmaq üçün danışıqlar prosesinə qatılmağa hazır olduğunu açıqlayıb. Bu ölkənin xarici işlər naziri Mənüçöhür Möttəki bəyan edib ki, ölkəsi Qarabağ məsələsinin həlli üçün addımlar atmaq niyyətindədir. İranın rəsmi mövqeyinin Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli edilməsindən ibarət olduğunu vurğulayan Möttəki deyib ki, İran bölgədə beynəlxalq hüquq normalarına uyğun şəkildə sülh və sabitliyin olmasını arzulayır. «Əgər hər iki tərəf bu məsələdə bizdən bir şey istəyərsə, bizim payımıza düşən bir şey varsa, biz bu prosesə qatılmağa hazırıq».Ermənistanın İranın xarici siyasətində xüsusi bir yeri olduğunu bildirən Möttəki Türkiyə ilə Ermənistan arasında Sürixdə imzalanan sərhədlərin açılmasını və diplomatik əlaqələrin bərpa edilməsini təklif edən protokolların həyata keçirilməsini önəmli olaraq qəbul etdiklərini deyib. «Əgər protokollar həyata keçərsə, iki ölkə arasında tarixdən qalma problemlərin həll edilməsi mümkünləşəcək. Biz buna inanırıq».Bu əsnada Ermənistanın İrandakı səfiri Qriqor Arakelyan da bəyan edib ki, iki ölkə arasında siyasi və iqtisadi əlaqələri daha da dərinləşdirmək məqsədi ilə baş nazir Tiqran Sərkisyan oktyabrın sonlarında Tehrana səfər edəcək. «İranın bölgədəki maraqları dəyişkəndir»Təbii ki, İranın Qarabağ münaqişəsinin həllində hər hansı bir faydaverici rolu ola bilər. Amma faktiki dönəmdə aparılan siyasətə diqqət yetirdikdə vəziyyətin tamam başqa cür olduğu daha çox diqqəti çəkir. Türkiyənin tanınmış ekspertlərindən biri, siyasi elmlər üzrə mütəxəssis Mehmet Fatih Öztarsu bununla bağlı deyir ki, regionda önəmli rola sahib İranın Qafqazda baş verən proseslərə münasibəti vaxtaşırı dəyişkən şəkil almaqdadır. Onun sözlərinə görə, İran üçün SSRİ-nin dağılması ilə Rusiyanın əvvəlki gücünü itirməsi və kommunizm təhlükəsinin ortadan qalxması yeni təhlükələrin ortaya çıxmasına səbəb olub. Öztarsu vurğulayır ki, regionda Qərb mərkəzli təşkilatların geniş şəkildə yayılmasından narahat olan İran bu məsələdə Rusiya ilə birgə addımlar atmağa çalır. Onun sözlərinə görə, ıxüsusi ilə Qafqazın ən önəmli münaqişə məsələsi olan Qarabağı milli təhlükəsizlik təhlükəsi olaraq gördüyü üçün bu istiqamətdə dəyişkən siyasətlər həyata keçirir. «Münaqişənin başlandığı dövrdən etibarən ölkələrin ərazi bütövlüyünə hörmət etdiyini bəyan edən İranın prinsip olaraq tez-tez vasitəsilik fəaliyyətlərinə girişməsi səbəbsiz deyil. Belə ki, bu addımlar bölgədəki tarazlıqları müxtəlif yollarla öz xeyrinə çevirmə və ya mümkünləşə biləcək zərərləri minimuma endirmə istəyindən irəli gəlir. Məsələn, 1992-ci ildə İranın Azərbaycanla Ermənistan arasında vasitəçilik etmək cəhdləri bunun bir nümunəsidir. Düzdür, həmin vaxt nəticə daha pis şəkildə ortaya çıxdı».Öztarsu daha sonra deyir ki, Dağlıq Qarabağ məsələsinin təqdim edilməsində dini və ya etnik bir termindən istifadə etməyən İranın problemlə bağlı nəzərdə tutduğu bir sıra cəhətlər var. «Birinci məqam odur ki, problemin həlli ilə Cənubi Azərbaycan əyalətlərindəki Azərbaycan türklərinin Şimali Azərbaycana bağlanma təhlükəsindən İran çox narahatdır. İkincisi, İrana görə, Ermənistan Qərb ittifaqına qarşı Rusiya tərəfində yer aldığından dəstəklənməsi lazım olan dövlətdir. Üçüncüsü, Türkiyənin Qafqazdakı təsirləri ancaq Ermənistanla yaşanan problemlər yoluyla azaldıla bilər. Və sonuncusu, İran Qərbdəki erməni diasporu vasitəsi ilə özünə bəzi qapıları aça bilər».«İran dini ritorikadan istifadə edir» «Qafqazda Azərbaycanla Ermənistan arasında yaşanan Qarabağ problemi və İranın bu məsələyə ilə bağlı tutduğu mövqe dinin İranın xarici siyasətində yerini açıq şəkildə göstərməkdədir. İran Azərbaycanla sadəcə, eyni dini deyil, eyni məzhəbi də paylaşır. Lakin buna rəğmən Dağlıq Qarabağ problemində Azərbaycanın haqlı mübarizəsində dəstək vermədiyi kimi, Ermənistanla da kifayət qədər yaxşı əlaqələr qurmağı bacarıb». Bu sözləri isə digər bir türk müşahidəçisi Tuğçe Akan deyir. Onun sözlərinə görə, Azərbaycanda işğalla bağlı dəhşətli mənzərələr yaşandığı halda, İran nəinki Bakının mövqeyini müdafiə etmək əvəzinə, dəstəyi Ermənistana verməkdədir. «Çeçenistan problemindən daha aydın şəkildə Dağlıq Qarabağ problemində İranın həyata keçirdiyi xarici siyasət bilavasitə faydalanmadan ibarətdir. Aydın şəkildə görünür ki, İranın beynəlxalq maraqları və strateji addımları xarici siyasətdə faktor kimi istifadə olunan dini amili ikinci plana keçirib. Siyasətdə belə şeylərə dini ritorika deyirlər».Tuğçe Akan daha sonra bildirir ki, Konstitusiyasında bütün müsəlmanların haqlarını qorumaq məsuliyyətini üzərinə götürmüş İranın atdığı addımlar həm ali qununu, həm də dini maddələri pozması kimi diqqəti çəkir. «Həm müharibə dövründə, həm də, ondan sonrakı dövrlərdə, hətta bu günümüzə qədər Tehran dini yanaşmanı bir kənara buraxıb, Ermənistanla sıx əlaqələr qurmağa girişib. Bu azmış kimi, müsəlmanlardan ibarət və güclü Azərbaycanı özü üçün düşmən kimi görməkdədir».İranın nə etmək istəyir? İranın Qarabağ prosesinə daxil olmaq istəyənin arxasında şübhəsiz bir sıra maraqlar var. Düzdür, Tehran Azərbaycanın zəif düşməsini şərtləndirən münaqişənin uzanmasında bir qədər maraqlıdır. Amma eyni zamanda, qonşu ölkəni narahat edən əsas məqam odur ki, müharibə yenidən başlayarsa, bölgədəki sabitlik tamamilə alt-üst ola bilər. Yəni, Qarabağ müharibəsi İran üçün də təsirsiz ötüşməyəcək və bu da yekunda ölkənin cənubuna doğru hərəkət etməyə başlayacaq. Digər tərəfdən, İranın bir başqa marağı da bölgədə dominant ölkə olduğunu nümayiş etdirməkdir. Qafqazda mövqelərinin bir çoxunu itirmiş Tehran onları bu şəkildə geri qaytarmağa çalışır. Analoji addımı ərəb yarımadasında da atan İran bununla regionda aparıcı oyunçu olduğunu göstərmək istəyir. Bunun üçün illərdən bəri çalışan və Yaxın Şərqdə bir sıra mövqelərini geri qaytarmağı bacaran Tehran eyni şeyin Qafqazda da həyata keçməsində maraqlıdır. Elə bu səbəbdəndir ki, son bir il ərzində rəsmi Tehranın Qarabağ münaqişəsinin həllində vasitəçi qismində çıxış etmək çağırışları davamlı şəkil almaqdadır. İranın bir başqa marağı da ondan ibarətdir ki, Orta Asiyaya uzanan dəhlizin bağlanmasıdır. Bunun üçün SSRİ dağılandan sonra çalışan Tehran Qafqazda yaşanan münaqişələri Moskva ilə birlikdə nəzarətinə almağa çalışır. Eyni zamanda, İran strateqləri düşünürlər ki, əgər Qarabağ münaqişəsi həllini taparsa, onlarla Rusiya arasındakı maneələrin bir çoxu aradan qalxmış olacaq. Daha doğrusu, münaqişə Rusiya və İranın əliylə həllini taparsa, istər Azərbaycan, istərsə də Ermənistan bu iki dövlətlə münasibətlərini yaxşılaşdırıb, onların yanında olacaqlar. Burada bir şeyi də nəzərdən qaçırmaq olmaz. İran istənilən halda Ermənistanla münasibətlərini korlamaq fikrində deyil. Çünki erməni diasporunun imkanlarından yararlanıb, Qərblə əlaqələrini normallaşdırmaq fikrində olan İranın enerji layihələri üçün də bir sıra qapıların açılması bu prosesin içindən keçir. Hətta qonşu ölkənin analitikləri də dolayısı ilə etiraf edirlər ki, Azərbaycan İran üçün nə qədər əhəmiyyətlidirsə, Ermənistan daha artıq əhəmiyyətli tərəf olaraq diqqəti çəkir. Çünki İrəvanı nəzarətində saxlayan erməni diasporu Tehrana bir sıra işlərdə yardımçı ola bilər. Amma ortada başqa problemlər də var. Məsələn, Qərb dövlətləri heç bir halda, xüsusən də indiki məqamda İranı bu prosesə daxil olmasına imkan verməyəcək. Elə Rusiya da belə bir vasitəçiliyin İranın əlinə keçməsində maraqlı deyil. Bunun qarşısını almaq üçün vaxtaşırı ATƏT-in Minsk Qrupunun fəaliyyətini təqdir edən böyük üçlük dördüncü birinin işə qarışmasına imkan verməyəcəklər. /Tia.az/
İranın neft naziri istefa verdi
Norveç səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran NPT-dən çıxmağa hazırlaşır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
Həmədanda iş qəzaları- 147 nəfər...
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Qazaxıstan Rusiyaya nota verib
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır