SON XƏBƏRLƏR

Hafiz Sərdarpur: Fəaliyyətimə görə istəmirlər universitetdə təhsilimi davam etdirim

2021.10.20, 07:36
Hafiz Sərdarpur: Fəaliyyətimə görə istəmirlər universitetdə təhsilimi davam etdirim

Gunaz.tv

GünAzTv: İranda Azərbaycan milli kimliyi uğrunda mübarizə aparan tələbələrin ali məktəblərdə təhsil alması getdikcə çətinləşir.

Tələbə milli fəallardan olan Hafiz Sərdarpurun sözlərinə görə, bu il imtahanda yüksək bal toplasa da, onu magistraturada təhsil almaqdan məhrum ediblər. Hafiz Sərdarpur tələbə hüquqlarının bərpası üçün mübarizə aparmağın faydasız olduğunu deyir: «Fəaliyyətimə görə istəmirlər universitetdə təhsilimi davam etdirim. Ya uzaq universitet seçirlər, ya da yazırlar ki, imtahandan keçmədin. Heç yerdə də sözün keçmir. Güclülərin əlindədir, hər işi görə bilərlər, dalıyca getsən də bir cavab ala bilməzsən». «YA MÜBARİZƏ, YA ALİ TƏHSİL»Hafiz Sardarpur deyir ki, tələbə milli fəalların uzun bir siyahısı var ki, adları o siyahıda olanlar müxtəlif bəhanələrlə universitetlərdən xaric edilir, yaxud da növbəti təhsil pillələrini keçmələrinə imkan verilmir. Hafiz Sardarpur üçün isə milli kimliyini təsdiqlətmək magistratura təhsilindən irəlidir. O, özü belə düşünür. İrandakı Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının (ADAPP) nümayəndəsi Yaşar Həkkəkpur deyir ki, Hafiz Sərdarpur milli kimlik uğrunda mübarizəyə görə təhsildən məhrum edilən ilk və son tələbə deyil. Bu il eyni səbəbə görə tələbə milli fəallar Sima Didar, Hacər Kəbiri, Macid Makuyizad, Məhəmmədrza Mikayili, Jila Məhəmmədxani və Siyamək Mirzəyi də ali təhsilini davam etdirməkdən məhrum olunublar. İRAN HAKİMİYYƏTİNİN TƏLƏBƏ OVU

Bu aqibətlə 2 il əvvəl ən azı 7, ötən il ən azı 6 milli fəal qarşılaşıb. Həkkəkpurun sözlərinə görə, 20 ildir ki, İranda Azərbaycan hərəkatı fəaliyyətə başlayıb və hərəkatın ən aktiv təbəqəsi də tələbələrdir. İran hakimiyyəti bu fəaliyyətin qarşısını almaq üçün tələbələrə qarşı sərt addımlar atır: «Tələbələri həbs etmək, onları təhsil aldıqları ali məktəblərdən qovmaq kimi sərt tədbirlər görürlər. Bu tələbələr təhsildən məhrum edilmələri ilə bağlı müraciət eləyəndə onlara deyilir ki, siz Azərbaycanın milli məsələləri üzərində çalışdığınız üçün universitetlərdə təhsil almağınıza izn verə bilmərik». Azadlıq radiosu

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar